“Üzümdə estetik müdaxilə olsa ...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Üzümə, qaşlarıma estetik müdaxilə olsa heç vaxt xarici layihələrdə yer ala bilmərəm".
Bunu Teleqraf.com-a açıqlamasında aktrisa Zülfiyyə Qurbanova deyib.
Onun sözlərinə görə, xaricilər təbiiliyə çox fikir verirlər.
"Onlar üzümüzü yuduzdurub çəkilişə start verirlər. "Mövsümün sonu" filmində qrimsiz çəkilmişəm. Təsəvvür edin, qrimsiz, tonsuz, hətta üzüm səpmişdi, o səpkilər belə kamerada görünürdü. Rejissor Elmar İmanov (Almaniyada yaşayan və orda filmlər çəkən, filmləri xarici festivallarda uğur qazanan azərbaycanlı rejissor - red.) qrim etməyə icazə vermədi, dedi üzünü yu, sonra çəkil. Həm bu baxımdan, həm də ümumiyyətlə hazırda üzümdə hər hansı estetik müdaxiləyə ehtiyac duymuram. Amma dərimin təmizliyinə, formada qalmasına həmişə fikir verirəm. Kosmetoloqum var, o dərimə nəyin daha yaxşı təsir edəcəyini yaxşı bilir və onun məsləhət gördüyü prosedurları edirik".
Aktrisa estetik əməliyyatlara normal yanaşdığını da bildirib:
"İllər nə göstərəcək deyə bilmərəm, ola bilər, nə vaxtsa mən də estetik əməliyyat etdirim. Çünki təbii olaraq mən də istəyirəm ki, üzümdə hər şeyi ən ideal formada görüm. Amma indi özümü bu cür sevirəm. Bilirəm ki, mən işim üçün bu cür yararlıyam.
O qədər olub ki, ekranda gördüyümüz dünya gözəli aktrisaya iki dəqiqə sonra baxa bilməmişik. Aktyor üçün önəmli şey tamaşaçını ekrana kilidləyib saxlamaq, göz və bütün üz cizgilərinlə özünü idarə etməkdir. Mən özümü gözəl görürəm. Kim məni çirkin görürsə bu onun problemidir. Kamerada gözəl görünmək həm də işığın qurulmasından asılıdır. İşıq gözəl və düzgün qurulanda aktyor olduğu kimi gözəl düşür. Məni ekrandakı görüntüm qane edir, etməyəndə isə özümə deyirəm: Boş ver, hər yerdə gözəl düşə bilməzsən ki..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





