“Qarayaxma kompaniyasına başlayıb, səni ləkələmək üçün ...”- FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bu sənət mənim alın yazımdır. Heç peşman deyiləm. Təbii ki, sənətimiz qurban tələb edir. Qeyri-adi sənətdir. Bu sənət səni qısqanır. Əgər sən bütövlüklə ona öz məhəbbətini verib, özünü ona həsr edəcəksənsə, o səni ağuşuna alıb yüksəklərə qaldıracaq. Bu sənət istəmir ki, ona olan məhəbbətini kiminləsə bölüşəsən. Yenidən həyata gəlsəydim yenə də bu sənəti seçərdim. Düzdür, həyatda bir az yaşamağa kompleks yaradır, çünki hər addımın göz önündədir. Hər baxışın belə göz önündədir. Xüsusilə də əgər sən tanınırsansa. İstədiyin kimi yaşaya, hərəkət edə bilmirsən. Daima gözlər sənə baxır"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib.
"Bu gün tanınmaq asan məsələdir. İndi sosial şəbəkələr, özəl televiziyalar çoxdur. Tanına bilərsən, amma sevilmək çox çətin məsələdir. Sevgini qoruyub saxlamaq ondan da çətindir. Mütləq elə etməlisən ki, insanların sənə qarşı olan sevgilərini, sayğılarını saxlayasan. Bu günki gün o sevgini qorumaq çətin məsələdir. Çünki sosial şəbəkələr var. Əvvəl belə deyildi, insanlar səni televizordan seyr edirdilər. O vaxt senzura var idi. İndi hər kəs bir sayt açıb, istədiyini edə bilər. Jurnalistlər bu günki kimi hər istədiyini sənin haqqında yaza bilməzdi. Mən əvvəlki dövrlərdən danışıram. Bu gün sənin haqda kimlərsə qarayaxma kompaniyasına başlaya və səni gözdən sala bilər. Çox asandır. Səni ləkələmək üçün ağzından bir söz çıxarır və insanların sənin haqda düşüncələri dəyişir. Əsl sənət adamları sənəti qoruyurlar. Sən özünü qoruyursansa demək ki, sənətini də qoruyursan. Sənətinin adını da qoruyursan. İndiki bəzi sənətçilərin bu heç marağında deyil. Nə özlərini qoruyurlar, nə də sənətlərini. Bizim sənət müəllimlərimiz bizə başqa cür təhsil verib, öyrədib. Şükür edirəm ki, bu sevgini mən bu günə qədər saxlamışam. Elə hərəkət etməlisən ki, insanlarda, xalqda qıcıq yaratmamalısan. Bu gün şöhrət tapmışamsa, insanlar tərəfindən sevilmişəmsə buna görə Allaha minnətdaram" deyə aktrisa bildirib.
Aktrisa illər öncə Moskvada başına gələn hadisədən də danışıb.
"Mən Moskvada, "MOSFİLM"-də bir filmə çəkilmişdim. Sonra mənə bir dəvət də gəldi. Ssenarini istədim, oxudum. Gördüm ki, burada bizim milləti aşağılamaq istəyirdilər. Ona görə də mən filmə çəkilməyə razılaşmadım. Sonradan məlum oldu ki, həmin rejissor erməni idi. Ermənilərdən bundan artıq nə gözləmək olardı ki? Etirazımı bildirdim, sonradan həmin film ümumiyyətlə çəkilmədi" deyə xalq artisti bildirib.
Xalq artisti bildirib ki, aktyor özünü oynamalı deyil.
"Aktyor özünü oynayırsa o aktyor deyil. Onda başqalaşma, dəyişmə olmalıdır. Bəlkə də əkizlər bürcü olduğum üçün dəyişməyi sevirəm. Bu mənim uğurumdur. İllər öncə teatrımızda istedadlı rejissor, əməkdar artist Nicat Kazımov "Pəri Cadu"əsərini səhnələşdirdi. Bu tamaşa Gənc Tamaşaçılar Teatrını yenidən pöhrələndirdi. Bir mədəniyyət hadisəsinə çevrildi. Tamaşada Şamama qarı obrazını oynayırdım. Dünya Türk festivalında rolum o qədər tərifləndi ki. Hətta inanmamışdılar ki, bu rolu mən oynamışam. Deyirdilər ki, bu gözəl xanımı nə günə qoymusunuz?" deyə aktrisa bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





