“Papağı onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər” - Xalq artistindən etiraz
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Min illərdir biz Novruza bahar, yaz bayramı demişik, yazın gəlişini qeyd etmişik. Klassiklərimiz baharın gəlişinə gözəl şeirlər yazıb, təbiətin oyanışını vəsf ediblər. Amma azərbaycanlılar üçün milli atribut sayılan papağı aparıb onun-bunun qapısına tullayırlar ki, dilənçi payı versinlər. Bu ənənəni bizə kim gətirib?!"
Milli.Az bildirir ki, bu sözləri Yenisabah.az-a Xalq artisti, kinorejissor Şeyx Əbdül Mahmudbəyov deyib. Novruz adətlərindən danışan sənətçi deyir ki, əvvəllər Novruz şənliklərində papaq atmaq ənənəsi olmayıb. Bayram payının istənilməsi üçün papaq atılması sonradan yaranıb.
Onun sözlərinə görə, türk kişisi üçün papaq həmişə qeyrət rəmzi sayılıb:
"Türk kişisinin 3 meyarı olub: arvadı (halalı), papağı və atı. Hər kəsə məlumdur ki, o vaxt bir kişini el içində rüsvay etmək üçün onun atının quyğunu, yalını kəsərdilər. Bu, ən böyük təhir sayılardı. Bu gün atımız yoxdur, evlənib 3 aydan sonra boşanırıq, kəbinimiz yoxdur, arvadı 1 uşaqla atırıq küçəyə, papağımızı da aparıb atırıq kiminsə qapısına.
Qapıya papaq atmaq faktiki olaraq dilənməkdir. Biz tərəflərdə o vaxt qurşaq atardılar. Siz papağınızı atmaq istəyirsinizsə, atın, istəyirsinizsə, lap tuman-köynəyinizi də çıxarıb qapılara atın, amma bunu adət-ənənə adı altında millətə sırımayın! Bizdə bu cür adət olmayıb. Bu nə ənənədir, bu nə iyrənc şeydir?! Bunu haradan götürüblər? Keçəl, kosa nədir?"
Şeyx Əbdül bayramın rəmzləri olan, Novruz şənliklərində yer alan Kosa ilə Keçəlin pay yığmasını dilənçilik adlandırıb:
"Bu bayram təbiətin oyanışı ilə bağlıdır, təqvim yenilənir. Bu Allahın insanlara verdiyi lütfdür, insanları qışın soyuğundan, əzabından qurtarır, səxavətini göstərib yenidən təbiəti oyadır, ruzimiz-bərəkətimiz artır, enerjimiz çoxalır. Biz yeganə millətik ki, "S" xərfi ilə başlayan 7 neməti bayram süfrəsinə düzürük, bu başqa xalqlarda yoxdur. Biz isə israfçılıq edirik, qədir-qiymət bilmirik, dəyərlərimizi, tariximizi qorumuruq. Biz bütün bunları bir kənara atmışıq, qorumuruq.
Çıxıb efirlərdə də deyirlər ki, uzun illər əvvəl də papaq atmışıq. Bir daha qeyd edirəm, belə şey olmayıb! Sizin dədəniz papağını atıbsa, Allah işini avand eləsin, lakin mənim babam, dədəm öz papağını qapılara atmayıb! Xahiş edirəm, bunu ümumiləşdirməyək.
Keçəl-kosa düşüb ortaya oynayır, deyir "çömçəni doldursana" və dilənçilik edir. Rusun şaxta babası isə xəz geyimdə qapılara gedib hədiyyə paylayır.
Bizi bu ruhda tərbiyə edirlər. Bu persaonajlar gözəldir, amma onları bir qədər dəyişmək, bahar bayramı ilə uyğunlaşdırmaq lazımdır, dilənçiliklə yox. Bizdə nə gözəl şey varsa, ona qara yaxırıq, gözdən salırıq, ədrabadi hala salıb dilənçi, ələbaxan edirik. Sonra da həmin personajları televiziyaya, küçələrə çıxarıb təbliğ edirik. Bu cür eybəcər təbliğatın nəticəsi də bu gün göz önündədir..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır





