Şou-biznes

"Kızılcık şerbeti"nin aktyorundan xəbər var

17 Mart 2024 04:04
Baxış: 1 059
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kızılcık Şerbeti"ndən ayrılan aktyor Səttar Tanrıöğenin səhhəti ilə bağlı yeni xəbər var.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən 3 dəfə əməliyyat olunan aktyor evə buraxılıb.

63 yaşlı aktyorun hazırda vəziyyəti yaxşıdır, 3 ay sonra isə işinə qayıda biləcəyi ehtimal olunur.

Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən əməliyyat olunmuşdu. Tanrıöğen səhhətində yaranan problemə görə son rol aldığı "Kızılcık şerbeti"nin aktyor heyətindən ayrılıb. Onun canlandırdığı "Abdullah" obrazını isə ekran işində aktyor Ahmet Mümtaz Taylan əvəzləyəcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.