Şou-biznes

Aynişan: "Bunu haşimoto xəstəliyinin daşıyıcısı olduğum üçün edirdim"

15 Mart 2024 19:01
Baxış: 1 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Aybəniz Haşımovanın qızı, bloger Aynişan Quliyeva formada qalmasının səbəbini açıqlayıb.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Aynişan Quliyeva İnstaqramda hekayə bölümündə bu sözləri qeyd edib:

"Formada qalmağıma səbəb uzun zamandır idmanla məşğul olmağımdır. Keçən il səhhətimə görə qadağa qoyuldu və təxmini bir ilə yaxın idman etmirdim. Buna baxmayaraq bədənim formasını itirmədi. Çünki bacardığım qədər düzgün qidalandım. Bunu da keyfimdən deyil, haşimoto xəstəliyinin daşıyıcısı olduğum üçün edirdim".

Aynişan Quliyeva plastik əməliyyatından da danışıb: "Üzümdə yalnız burun əməliyyatı var. Mən düzgün və qədərində olan toxunuşlara qarşı deyiləm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.