“Hər küçədə bar var, 16 yaşlı qızdan tutmuş 70 yaşlı arvada kimi...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2024-cü ilin yanvar-fevral aylarında pərakəndə ticarət şəbəkəsində 440,4 milyon manatlıq içki və tütün məhsulları satılıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Komitədən bildirilib ki, bu ilin ilk iki ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 2,4 % faizi içki və tütün məhsullarına sərf olunub.
Bəs görəsən cəmiyyətdə spirtli içkilərə və tütün məhsullarına meylin bu qədər yüksək olmasının səbəbi nədir?
Milli.Az bildirir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan tanınmış yazıçı-jurnalist Anar Vəziroğlu bildirib ki, əsas problem bu sahədə maarifləndirici təbliğatın aparılmaması ilə bağlıdır:
"Hərtərəfli baxsaq, nəinki son iki ay, ümumiyyətlə son illər bütün məhsulların qiymətində yüksəlmə baş verib. Amma adət-ənənəmizə zidd olan spirtli içki və tütün məhsullarına tələbatın artımı beynəlxalq miqyasda istehsal gücünün həddən artıq olması ilə bağlıdır. Bu dəqiqə Azərbaycanda spirtli içki istehsal edən müəssisələrin sayı ən azı 60-a qədərdir. Əslində, hamısının tərkibi eynidir, sadəcə qablaşdırmada müəyyən fərqlər var. Son vaxtlar, xüsusən Avropa ölkələrində yayımlanan seriallara və kinolara baxıb qadınlarımızın də müəyyən hissəsi spirtli içkilərə və siqaretə meyillənir. Son 30 il ərzində qadınlarımızda içkiyə meyil həddən çox artıb. Əvvəllər Bakıda yalnız 2-3 yerdə barlar var idi, amma indi hər rayonun hər küçə və tinində barlar işləyir. Gedin baxın, əksəriyyət də qadınlardır. Yaşından asılı olmayaraq, 16 yaşından tutmuş, 60 yaşına qədər qadınlar görə bilərsiniz. Hətta inanın ki, 70 yaşında da var. Ən əsas problem insanların maariflənməsi və bu istiqamətdə düzgün təbliğatın aparılmamasıdır. Mənim özüm siqareti tərgitməmişdən əvvəl günə 3 qutu siqaret çəkirdim".
"Cəhənnəmin məkanı olmur. İstər qayadan yıxılıb öldün, istər traktorun içində öldün, istər isti yorğan-döşəkdə öldün, ölümün məkanı yoxdu. Xatırlayırsınızsa, sovet dövründə Azərbaycanda arağın, çaxırın ən çox yayıldığı dövrdə evlərdə kustar üsulla içkilər də hazırlanırdı. Bu o deməkdir ki, bizim millətdə içkiyə meyillik əzəldən də olub. İndi bəziləri deyir ki, içkini xristian ölkələrində daha çox içirlər, bu yalan söhbətdir. Sadəcə Azərbaycanda bəzi spirtli içki növləri var ki, onlara daha çox tələbat var. Məsələn, araq çox, konyak isə az içilir. Çox qəribədir ki, bizdə elə ən ucuz içki konyakdır. Halbuki xarici ölkələrdə ondan biraz içirlər və xumarlanırlar. Sədi Şirazinin, Nizaminin, Füzulinin əsərlərində də dəfələrlə "saqi" ifadəsi qeyd olunur. Bu söz şərab paylayan deməkdir. Yəni içkiyə meyillilik hər zaman akual olub. Amma əndrəbadi şəkildə istifadə olunan dövr məhz indiki dövrdü".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür





