İTV -nin qalmaqallı müəllimi: "Ssenari belə olsaydı çəkilməzdim"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İctimai televiziyanın efirində yayımlanan və son günlər sosial şəbəkələrdə "sosial çarx" adı ilə kimi paylaşılan görüntülər "Gündəlik" serialındandır. Paylaşılan həmin görüntüdə bir çoxları idda edir ki, müəllim jurnalisti təhqir edir.
Milli.Az bildirir ki, ekran işində müəllim obrazını canlandıran aktrisa, Akademik Musiqili Teatrın balet artisti İrana Kərimova həmin görüntülərlə bağlı Moderator.az-a özəl açıqlama verib.
"Bu görüntülər sosial çarx deyil. İctimai televiziyada yayımlanan "Gündəlik" serialındandır. 20 bölümdən ibarətdir. Hər bölümdə də cəmiyyətə maarifləndirici bir mesaj ötürülür. Artıq 9 bölümü efirə gedib. Sözügedən görüntülər birinci bölümdəndir. Serialın sırf bu hissəsi paylaşılıb deyə hamı elə bilir ki, sosial çarxdır. Burada heç bir təhqiredici nüansdan söhbət gedə bilməz. Bundan əvvəlki səhnəyə baxmayanlar üçün deyim ki, həmin jurnalist məktəbdə uşaqlar arasında baş vermiş davanı şişirtməyə, qabartmağa başlayır. Çalışır ki, bu məsələni çəkib paylaşsın. Əlbəttə ki, bu əsl jurnalist deyil. Cəmiyyətdəki çatışmazlıqları kobud şəkildə insanlara, xalqa çatdıran, yalandan hay-küy salan, lazımsız reytinqə çalışan jurnalistdir. Biz yaradıcı heyət olaraq bu "jurnalist" obrazına gülürük. Bu əslində jurnalist də deyil. Özünü jurnalist adı ilə qələmə verən dələduzdur. Ofisdə çalışır, müxtəlif yollarla özü üçün iş tapıb. Bütün bunları bilmək üçün bölümləri tam olaraq izləmək lazımdır. Elə birinci bölüm izlənilsə hər şey aydın olar" deyə aktrisa bildirib.
Aktrisa bildirib ki, əgər ssenaridə jurnalistləri təhqir etmək kimi bir söz olsaydı qətiyyən bu təklifi qəbul etməzdi.
"Mənim canlandırdığım Dilarə müəllim obrazı həmin dəqiqə anlayır ki, bu şəxs necə "jurnalist" dir. Reytinq xatirinə hər şeyi edəcəyini də bilir. Dilarə müəllim obrazı uşaqları da, peşəsini müqəddəs hesab etdiyindən bu cür hallara yol vermək istəmir. Sadəcə dırnaqarası "jurnalist" ə öz etirazını edir. Bir növ həm də uşaqları qoruyur. Burada heç bir jurnalisti təhqir etmirik, heç kimin qüruruna toxunmuruq. Əksinə, bu bir ironiyadır. Bu cür insanlara gülürük. Əsl peşəsinə, prinsiplərinə sadiq olan jurnalistlərə əlbəttə ki, bu cür sözləri ünvanlamaq bizim tərəfdən ayıb olardı. Əgər elə bir ssenari olsaydı razılaşıb çəkilməzdim də. Mən balet artistiyəm. Sabah kimsə balet artistlərini təhqiredici film yaxud video rolik çəksə üzülərəm, pis olaram. Təbii ki, bu mənim qüruruma toxunar. Eyni şeyi kiminsə peşəsinə qarşı da edə bilmərəm. İnsanlar əsəbidirlər, hər şeydən bir məna çıxarmağa çalışırlar. Məni üzən bilirsiniz nədir? Bu sadəcə sosial şəbəkələrdə paylaşılan bir hissədir. Heç kim araşdırmır ki, bu nədir? Açıb bir bölümü izləmirlər də. Yetəri qədər peşəkar jurnalistlər də var ki, öz sosial şəbəkə platformalarında bunu paylaşıblar. Biz kitabı ortasından oxumağa başlayıb, sonra fikir bildirə bilmərik axı. Başdan sona kimi oxuyuruq, bir fikir formalaşdırıb onu sonradan bildiririk. Girib bir baxıb görsünlər ki, bu müəllim qız jurnalistlə niyə görə belə danışır?! Təhqir yazanlar da var. İnsanlarda bu əsəb, hirs, heç kimi sevməmək duyğusu hardan gəlir? Həqiqətən də çox qəribədir" deyə aktrisa bildirib.
Qeyd edək ki, "Gündəlik" serialı həftəiçi 5 gün 21:00-da İctimai televiziyada efirə gedir. Təkrarı isə həftəiçi 5 gün 17:30-da yayımlanır. Ekran işinin rejissoru Pərviz Həsənovdur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





