Şou-biznes

"Verilişlərdə qadınlar saçyolduya çıxır, kişilər isə..." - VİDEO

15 Mart 2024 10:54
Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bir-iki telekanalı çıxmaq şərti ilə hər gün Azərbaycanda ailə institunun dağılması yolunda bir yarış gedir". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Nurəddin Mehdixanlı "YouTube"da yayımlanan verilişlərin birinə müsahibəsində deyib. 

Sənətçi ailələrin dağılmasını efirdə nümayiş etdirən televiziya kanallarını sərt şəkildə tənqid edib:  

"Telekanallarımızın əksəriyyətində verilişlər var, orada azərbaycan kişisi axmaq, gəzəyən kimi təqdim olunur, qadın isə həyasız kimi. Saç yolduya çıxırlar, boşanıb-evlənirlər... Hər gün bu şeylər efirdə nümayiş olunur. Hər gün əgər bir Azərbaycan gənci bunları görürsə, o zaman o, böyüyə necə hörmət edəcək? Əgər mənim böyüyüm və ağsaqqalım və ağbirçəyim budursa... Yox, bunlardan uzaq..." 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.