"Kişi başqası ilə xoşbəxtdirsə, evdəkini bədbəxt edir"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İnsan zamanla fikirlərini dəyişir. Vaxt var idi düşünürdüm ki, həyat yoldaşım mənə xəyanət etsə, qadın olaraq ölərəm, amma bir ana olaraq övladlarımın xöşbəxt olması üçün yaşayaram. Amma indi belə düşünmürəm".
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbərin var?" verilişində bir müddət əvvəl aktrisa Xuraman Əlizadənin "Həyat yoldaşımın xəyanətini bağışlayaram" sözlərinə münasibət bildirərkən deyib. Sənətçi xəyanətlə üzləşmədiyini bildirib:
"Yoldaşımla ailə quranda ona demişdim ki, haçansa məni sevməsən, başqa bir qadında xoşbəxtlik tapsan, get. Bu, Azərbaycan qadını üçün bəlkə də pis səslənə bilər. Amma bir kişi başqası ilə xoşbəxtdirsə, o, evdəkini artıq bədbəxt edir. Bunu İncəsənət Gimnaziyasında oxuyanda müəllimim, Əməkdar incəsənət xadimi Ayaz Salayev demişdi. O vaxt ikinci dəfə ailə qurmuşdu. Soruşdum ki, ikinci dəfə niyə ailə qurdunuz? Cavab verdi ki, "Artıq mən onu yox, başqa qadını xoşbəxt etdiyimi başa düşdüm. Onu bədbəxt etmək haqqım yoxdur. O da öz xoşbəxtliyini tapmalıdır".
İnsan başqası ilə xoşbəxtdirsə, evdəkini də bədbəxt etməməlidir. Əgər xanım qərar verirsə ki, tam olaraq kişini ona buraxmıram, yenə də mənim həyat yoldaşımdır, evimdə rahat olum, evimə gəlsin, bunu başa düşərəm. Bu da onun öz prinsipləridir. Kişi onsuz da başqa yerdə xoşbəxtdirsə, bunu öz evində yarada bilməz. İnanmıram ki, başqasını sevən kişi evə gələndə xanımını, övladlarını xoşbəxt etsin. Bəlkə də belə atalar var. Məncə, başqasını sevirsə, onu tutub saxlamağın bir mənası yoxdur. Evdə yaşamaq olar, amma ər-arvad kimi yox, valideyn kimi. Yenə də insan yekə danışmamalıdır. Başıma gəlsə, onda bilərəm nə edərəm.
Mən qadını çiçək hesab edirəm. əgər sən məni sevmirsənsə, məni yox, başqa gülü qoxulayırsansa, Necə olaram?".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





