Namiqin 500 minlik maşını qalmaqal yaratdı: “Camaatın gözünə soxur” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son vaxtlar şou-biznes nümayəndələri tez-tez 400-500 minlik maşınları, bahalı villaları, bağ evləri ilə öyünürlər. Bu isə cəmiyyətdə bəzən ciddi etirazlara səbəb olur, artıq oxumaq deyəndə gənclərin ağlına kitabdan əvvəl mikrofon gəldiyi iddia edilir.
İddialara görə, bu vəziyyət davam edərsə, yaxın gələcəkdə təhsilli gənclərin sayı get-gedə azalacaq, onlar yaxşı yaşamaq üçün şou-biznesə qatılmaq istəyəcəklər.
Qeyd edək ki, meyxanaçı Namiq Qaraçuxurlu da bugünlərdə bahalı maşını ilə gündəmə gəlib. Hazırda onun idarə etdiyi 500 minlik "Bentley" müzakirə mövzusudur.
Bəs görəsən, bu durumu dəyişmək mümkündürmü? Bunun günahkarı kimlərdir?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı "Yenisabah.az"a danışan yazıçı, publisist Xeyrəddin Qoca bildirib ki, uzun illər millət vəkili, baş konsul kimi çalışsa da, daim sadə yaşayıb:
"Mənə sual verirsiniz ki, "bahalı maşınlar sürən, təmtəraqlı villalarda yaşayan, çoxlu sərvətləri olan müğənnilər haqqında fikrim nədir?"
İstəyirəm ki, hamı elə yaşasın! İstəyirəm məni tanıyanların xarici ölkələrdə də villaları, mənzilləri olsun, bunun nə ziyanı var? Əksinə, xeyri var ki, mən həmin ölkələrə gedəndə deyim "mənzilin açarını verin, üç gün orada qalım".
Xarici ölkədə işləyəndə bir sürücümüz vardı, deyərdi ki, "mən siz azərbaycanlılarla işləyirəm. Bəzi fikirlərinizə təəccüb edirəm, soruşursunuz ki, "filankəs filan şeyləri necə əldə edib? Bizim ölkədə isə belə fikirdə olan adamlar yox dərəcəsindədir! Bacarığın var, sən də al..."
Mən yazıçıyam, millət vəkili, baş konsul olmuşam, amma həmişə sadə insanlar kimi yaşamışam. Həmişə də çoxlu ehtiyaclarım olub. Bir maşını 14 il sürmüşəm. İndi istifadə etdiyim "Ford-focus"un 11 "yaşı" var. Yəni çox köhnədir. Mən də bahalı, rahat maşın sürmək istərdim, deməli, bacarığım olmayıb ki, buna nail olmamışam! Hamı eyni yaşaya bilməz, axı! Əksinə, Allaha şükür edirəm ki, yaxşıdır, bu da var! Olmayanlar nə etsinlər?"
Yazıçı qeyd edib ki, tez-tez var-dövləti, evi, maşını ilə öyünən şou-biznes nümayəndələrinə nə ulduz, nə də korifey demək olmaz. O, bu mövzuda telekanalları və mətbuat orqanlarını günahlandırıb:
"Qaldı böyük-böyük sərvətləri olan müğənnilərə 90 faizi nə müğənnidir, nə "məşhurdur", nə ulduzdur, nə də korifeydir! Sadəcə olaraq, pulunu haralara xərcləməyi bilməyən cahil insanlarımız onları toya çağırıb, ciblərini pulla doldururlar! Onlar da orada-burada müsahibə verib, görməmiş-görməmiş var-dövlətlərini camaatın gözünə "soxurlar"!
Buna da şərait yaradanlar, təəssüf ki, KİV-lərdə çalışanlardır. Efirlərlərdə bir qəpiklik səsi olmayan müğənnilərə "ulduz", "məşhur, deyəndə əlbəttə, bizim məşhurlar unutdurulacaq! Belə qələm sahibləri harada, kimlərdən təhsil-tərbiyə alıblar, bilmirəm!
Sənətdən, musiqidən danışmaq əvəzinə, "oxuyanların" villalarını, soyuducusundakı ikra, kolbasalarını göstərmək nə deməkdir? Utanmırsınız?"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





