Tanınmış aparıcı ƏSƏBLƏŞDİ: “Çiyinlərini çöldə qoyur, kişilər sənin çiyninə baxmalıdır?”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənim yüksək təzyiqim var. Yeriyə bilmirəm, ayaqlarım tez-tez ağrıyır. Çox pisəm. Yaşla bağlıdır. 17 yaşımdan məndə hipertoniya xəstəliyi var. Amma bu mənə təsir etməyib. 200 təzyiqlə veriliş aparmışam, hiss etməmişəm. Çünki ağrı vermirdi. Neçə dəfə küçədə üzüaşağı yıxılmışam. İndi küçəyə də çıxmağa qorxuram. Bu xəstəlik dərmanla, həkimlə düzələn deyil. 4 ay Moskvadakı xəstəxanada yatmışam. Efirlərə çıxmamağımın səbəbi də budur. İşıq üzümə vurur, təzyiqim daha da qalxır. Qorxuram ki, efirdə yıxılaram, infarkt vurar məni, biyabır olaram. Bəzən xəstə vəziyyətdə efirə çıxırlar, yıxılırlar. Bu düzgün deyil. Xəstəliyini, nöqsanını bilirsənsə getmə"
Milli.Az bunu Moderator.az-a açıqlamasında xalq artisti, məşhur diktor Ofeliya Sənani deyib. O daha sonra əlavə edib.
"Bu günki televiziyadan razı deyiləm. Heç bir verilişi bəyənmirəm. Ancaq sallafan geyinib, çiyinlərini açıb çöldə qoyurlar. Bundan başqa heç nə bilmirlər! Nə olub, nə xəbərdir? Sən qonaq qəbul edirsən! Evdə belə, insan qonaq qəbul edəndə çalışır ki, ciddi paltar geyinsin. Millət baxır! Səni körpə, qoca, cavan izləyir! Maraqlı, tamaşaçını cəlb edən mətnlər yoxdur verilişlərdə. Nöqsanları, problemləri həll etmək lazımdır. Təkcə problemi göstərməklə kifayətlənmək olmaz, çıxış yolunu da göstərmək lazımdır. Camaat televiziyadan heç bir zövq almır. Küçədə görəndə mənə deyirlər ki, "ay Ofeliya xanım, o ləzzət sizinlə getdi". Nə qədər bu sözü eşidərlər?! Bir adam ki, çiyninin yarısını açır, yarısını bağlayır, o tamaşaçıya necə məhəbbət ötürə bilər?! Sən çiynini niyə açıq qoyursan?! Kişilər sənin çiyninə baxmalıdır?! Sənin sözlərinə qulaq asmalıdırlar! Özünə hörmət qoy! Qadın, qız xeylağı kənardan söz götürməz! Niyə sənə kimsə deməlidir ki, "ayıbdır, belə etmə, ağlını başına yığ"! İndi televiziyada işləyənlərin əksəriyyəti də cavanlardır axı. Bizim vaxtımızda o qədər qadağalar var idi ki. Bir də görürdün deyirdilər ki, "ay Ofeliya xanım, bu geyimin yaxası çox açıqdır, sən Allah Valid müəllimə de gedib dəyişsin". O da gedib gətirirdi. Tamaşaçını nəzərə almaq, onların zövqünü oxşamaq lazımdır" deyə sənətkar bildirib.
Diktor efirdən getmə səbəbini də açıqlayıb.
"Artıq yaşımız o deyildi. Gücümüz yox idi. Zapislər gec qurtarırdı. Bir də görürdün ki, kamera sıradan çıxır, onu düzəldənə qədər 3 saat vaxt gedirdi. Gecə saat 3-də zapisdən gəlirdik. Bizim nəsil diktorlar tam başqa idi. Biz tamaşaçını sevirdik. Hamısını anamız, atamız, bacı qardaşımız bilirdik. Elə bilirdik ki, efir qarşısında oturanlar bizim övladlarımızdır, oturub bizə qulaq asırlar. Ona görə də şirin-şirin danışırdıq. O vaxt "Cırtdanın sərgüzəştləri" verilişində uşaqlar üçün nağıllar oxuyurdum. Ən dəcəl uşaqlar belə oturub qulaq asırdı. Bəzən olurdu ki, o verilişi açıq havada çəkirdik. Bilirsiniz nə qədər uşaq gəlirdi? Elə bil ki, hasara dırmaşırdılar" deyə diktor bildirib
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





