Nazilə: "Fatimə zəng vurub dedi ki, "qızımı qaçırıb, ona toy edirlər"" - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Fatimə ilə barışmağa qalsa, mən ehtiyac duymuram. Amma heç vaxt da heç vaxt demərəm. Bir gün elə bir hal ola bilər ki, hətta..."
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri şairə və qiraətçi Nazilə Səfərli stilist və vizajist Anar Ağakiçiyevin aparıcısı olduğu "Dəyişən cavab" verilişində deyib.
Nazilə məhkəməlik olduğu rəqqasə Fatimə Fətəliyeva ilə aralarında yaşanan qalmaqaldan söz açıb. Səfərli bildirib ki, danışmadığı zamanlarda Fətəliyeva bir neçə dəfə ona zəng edərək, gedə bilmədiyi üçün öz məclisini ona verib:
"Hind rəqslərini oynayan bir rəqqasə var idi. Adı da rəqqasə Fatimə. Bu rəqqasə Fatimə mənimlə danışmırdı. Günlərin bir günü mənə zəng vurdu. Mən də bunun nömrəsini bilmirəm axı... Dedi ki, "salam mənəm Fatimə". Mən də dedim ki, buyurun eşidirəm. Danışmaya-danışmaya... Söylədi ki, "gümanım sənə gəldi. Mənim qızımı qaçırıblar və ona toy edirlər. Həmin gün isə mənim başqa yerdə toyum var. Toy sahibinə deyirəm ki, çıxım, amma o, mənə icazə vermir. Onun sözündən elə çıxdı ki, əvəzinə elə bir adam gətirməlisən ki, daha bahalı. Məni həmin bu vəziyyətdən Nazilə çıxararsan? Elə bir qiymətə o toyu danışmışam ki, o, mənim getdiyim qiymətin yarısıdır". Dedim ki, Allah qızını xoşbəxt eləsin. Ünvanı yazarsan gedib mən o toyda çıxış edərəm, gətirib pulu da sənə verərəm. Dedi ki, "lazım deyil, halal xoşun olsun o pul". Getdim o toya və Fatiməni o çətin vəziyyətdən çıxartdım. Sən demə mənim yarım saata getdiyim pul deyilmiş, saat yarım imiş. Məclis isə Sumqayıt şəhərində idi.
Danışmırdım onunla amma bunu onun üçün etdim. Demək ki, mən mərd düşmənəm ki, mənə darda da zəng ediblər. Sonra yenə də bu hal eyni ilə yenidən təkrarlandı. Fatimə ilə danışmırıq. Amma salam versə, onun salamını alacağam. Fatimə mənə qarşı səhv edib. Hər dəfə bizim aramızda mübahisə olub ki, bir-birimizdən aralaşmışıq da...
Bir dəfə də "Maşın" şouda iştirak edirdim. Danışmaya-danışmaya Fatimə efirə gəlib dedi ki, "mən Naziləyə dəstək olmaq üçün buraya gəlmişəm". Həyatımın şokunu yaşadım (gülür). Bu dəfə amma aramızda başqa məsələlər oldu".
Qeyd edək ki, Apelyasiya Məhkəməsində qalib gələn Nazilə Səfərli Fatimə Fətəliyevadan üzr istəməsini tələb edib. Nazilənin 50 minlik təzminat davası 500 manata qədər endirilib və qarşı tərəfin bu məbləği ödəməli olacağı ilə bağlı qərar çıxarılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





