Flora Kərimova: “Zeynəb Xanlarovanın ifası ilə heç zaman razılaşmamışam” – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mənim nəslimin müğənniləri - Sara Qədimova, Akif İslamzadə, Hüseynağa Hadiyev, Şövkət Ələkbərova, Rübabə Muradova, İlhamə Quliyeva olub. İlhamə pis oxumurdu, amma xasiyyəti çətin idi. Zeynəb Xanlarova da mənim nəslimdən olan müğənnilərdəndir. Baxmayaraq ki, onun ifası ilə heç zaman razılaşmırdım. Mən normal musiqiyə öyrəşmişəm".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Flora Kərimova qonaq olduğu "Фруктовый чай с Саусан" verilişində deyib.
Sənətkar ömrünün sonuna qədər onunla düşmənçilik aparan mərhum Xalq artisti İlhamə Quliyevadan danışıb. Kərimova bildirib ki, Quliyeva gözəl müğənni olsa da, xasiyyətinin çətin olması ona ömür boyu əziyyət verib:
"İlhamə Quliyeva çox yaxşı müğənni idi. Amma xasiyyəti çətin idi. Bu mənim fəlsəfəmdir. Hesab edirəm ki, Allah onu belə görmək istəyirdi. Buna görə İlhamə əziyyət çəkirdi. Bunu görüb əziyyət çəkirdi. Mən onun bacıları ilə tanış idim.
Onlar İlhamənin tam əksidirlər. Bacılar hətta xarici görkəmləri ilə İlhaməyə bənzəyirdilər. İlhamənin xasiyyətinin belə çətin olmasını Allah etmişdi. Bu, şüurdur. Onu isə Allah belə edib. Allah hamını eyni görmək istəmir. Hamını yaxşı və ya hamını eyni pis görmək istəmir. O, sadəcə bizimlə oynayır. Bu qədər..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





