“Nəcibə Məlikovanı qonaq çağırdıq, qaçanda elə yıxıldı ki...” - “Ögey ana” filminin canlı şahidi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nağıllar aləmində" rubrikasında sizi filmlərimizin çəkildiyi məkanlarla, həmin film çəkilişlərinin canlı şahidləri ilə tanış edirik. Bu dəfəki reportajımız "Ögey ana" filminin çəkilişləri haqqındadır.
Milli.Az bildirir ki, moderator.az-a açıqlama verən İsmayıllı rayonu Qalacıq kənd sakini Vaqif Babayev çəkilişlərə canlı şahidlik etdiyini bildirib.
" 1957 və 1958-ci illər idi... "Ögey ana" filmini iki ilə çəkdilər. Həbib İsmayılov rejissor idi. 11 yaşım var idi. Məktəbə gəldi və uşaqların arasından məni seçdi. Xarici görünüş baxımından Ceyhuna (İsmayıl obrazına) oxşayırdım. Sual verdi ki, sən at sürməyi bacarırsan?! Dedim ki, əlbəttə. Bizim də həyətimizdə həmişə at olub. Atam da baytar həkim idi. Filmdə İsmayılın təhlükəli səhnələrini, həmçinin də at çapmaqlarını mən nümayiş etdirirəm. İsmayılın dublyoru idim. Məni onun kimi geyindirib-keçindirmişdilər, başımdakı papaq da onun papağından idi. Ceyhun Mirzəyev də çox çevik uşaq idi. Əslində İsmayıl rolunda tam başqa biri oynamalı idi, səhv etmirəmsə rejissorun da qohumu idi. Nədənsə Həbib İsmayılov onu yox, İsmayılın oyun tərzini bəyəndi. İsmayıl sadəcə o uşağın məşqlərinə baxırdı. Həbib müəllim yəqin hiss edib ki, əsl İsmayıl Ceyhundur. Ceyhun çox səmimi, mehriban uşaq idi. Bir səhnə də var, mən tövlədən atı çıxarıb, onun üstünə tullanmalı idim. Bunu mən bacarmırdım. At getdi və qəfil dayandı. Yerə yıxıldım. İsmayılın anası təşvişlə üstümə qaçdı. Qadın az qalmışdı şok olsun. İsmayıl da cibindən peçenye çıxarıb mənə verdi. 2 il film çəkildi. Qalacıq kəndi yayda da, yazda da soyuq olur. Nəcibə Məlikova kənddə qaçırdı, biz uşaqlar da arxasınca qaçırdıq. Çox pis vəziyyətdə yerə yıxıldı. Arxaya yıxıldı ki, üzü zədələnməsin. Yenidən ayaqlarını təmizləyib çəkilişlərə davam etdi. Xatırlayırsınızsa filmdə bir körpü göstərirlər. Axşam vaxtı, yağışlı bir gündə Nəcibə xanım o körpü ilə gedir. O kənddə balaca bir körpüdür. Operator onu altdan çəkib, elə hiss olunur ki, körpü böyükdür. Bütün texnika Qalacıq kəndində idi. O vaxt gəlib mina qoydular, qayalıqları partlatdılar, yolu genişləndirdilər. Kənd uşaqlarının həddindən artıq kinoya həvəsi böyük idi. Maket evlər də var idi. İstəyəndə də söküb aparırdılar. Bu filmin sayəsində İsmayıllı rayonu Qalacıq kəndinin də nüfuzu artdı" deyə dublyor deyib.
Vaqif Babayev bildirib ki, filmin kollektivi ilə mehriban münasibəti olub.
"Rejissor mənə yaxşı qonorar da ödəmişdi. Birinci il 65 manat, ikinci il isə 45 manata yaxın qonorar vermişdi. Yeyib-içmək də onlarlıq idi. Nəcibə Məlikova, Nəsibə Zeynalova, Ələsgər Ələkbərov və s. sənətkarlarla mehriban münasibətdə idik. Bir xatirəm də var. Anam südlü plov hazırlamışdı. Nəcibə xanımı qonaq çağırdıq, evimizə gəldi. Çox mehriban xanım idi. Biz Ceyhunla filmə görə görüşürdük. Sonra münasibətimiz olmadı, yalandan deyə bilmərəm ki, böyüyəndə də görüşmüşük. İndi o vaxtkı kimi film çəkmirlər. "Ögey ana" filmi ən ibrətamiz, ən duyğusal filmdir. Mənə ən təsir edən səhnə İsmayılın ögey anaya ana deməsi olur. Yay ayında sizi Qalacıq kəndinə dəvət edəcəm. 4 tərəfi dağlarla əhatə olunub, iki tərəfindən çay axır. Respublikada yeganə belə kənd var. Hazırda 78 yaşım var" deyə Ceyhun Mirzəyevin dublyoru Vaqif Babayev deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





