Şou-biznes

"Yaprak dökümü"nün aktrisası vəfat etdi - FOTO

17 Fevral 2024 18:47
Baxış: 13 761
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yeşilçam"ın aktrisalarından olan Sevda Ferdağ vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu gün səhər saatlarında Cihangirdəki evində 81 yaşında dünyasını dəyişib. Onun uzun müddətdir xəstəlikdən əziyyət çəkdiyi bildirilib. 

Qeyd edək ki, Ferdağ 1958-ci ildə rol aldığı "O günden sonra" filminin uğursuz olması səbəbindən Almaniyaya köçüb. 1963-ci ildə ölkəsinə dönən aktrisa "Azrailin habercisi" filmi ilə izləyicilərin qarşısına çıxıb. Bu filmi ilə uğuru əldə edən Ferdağ 2009-cu ilə qədər 150-yə yaxın ekran işində rol alıb. 

O, "Kapıcılar kralı, "İntikam meleği", "Ağır roman", "Bedel", "Tokat", "Yaprak dökümü" kimi bir çox ekran işi üçün kamera qarşısına keçib. Aktrisanın sonuncu layihəsi "Ömre bedel" olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.