Afaq Bəşirqızı ƏSƏBİLƏŞDİ: "Rədd ol, çıx get teatrdan”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Daxili baxışda tamaşa haqda nəticə çıxartmaq olmaz. Söhbət "Qadınım" tamaşasından gedir. Tamaşaçıların öhdəsinə buraxılmamışdan əvvəl biz tamaşaya daxili baxış edirik ki, orada hər kəs öz fikrini bildirsin. Sonda isə əbəttə ki, bu fikirlərlə rejissor razılaşır və tamaşaya əl gəzdirir. Ona görə də daxili baxışda tamaşa haqda resenziya yazmazlar"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Afaq Bəşirqızı deyib. O daha sonra əlavə edib.
"Mən istərdim ki, su içdikləri quyuya tüpürməsinlər. Bu sizin teatrınızdır. Siz bu teatrdan məvacib alırsınız, teatrın halallığını almalısınız. Ayıbdır! Hərənin öz fikri var, mən bunlara əhəmiyyət vermirəm. Mən gözümlə gördüyümə əhəmiyyət verirəm. Teatrşünas Aydın Talıbzadənin fikirləri də mənim üçün çox önəmlidir. Bir çoxları "Qadınım" tamaşası haqda yüksək fikirdədir. Əmrah da, Gültac da böyük ürəklə oynayırlar. Biz bu dəqiqə özümüzə Qərbi örnək bilirik. Amma dünya mədəniyyətini Şərqlə öyrəniblər. Şərqin mədəniyyəti qat-qat Qərbin mədəniyyətindən üstündür, varlıdır və gözəldir. Əgər biz dünya ilə hesablaşmaq istəyiriksə bu tip tamaşaların olması normaldır. Bu türk pyesidir, özünüz də görürsünüz ki, aktyorlar orada canlı oxuyurlar, çıxış edirlər, canlarını qoyurlar. Onların zəhmətini yerə vurmaq olmaz. Əgər o uşaqlardan hansısa sənin tələbən olubsa, müəllim birdən-birə o sözü tələbəsinə deyə bilməz. Deməli sən pis öyrətmisən ki, tələbə belə pis olub. Ama tələbə çox gözəl oynayır. Rejissor İradə Gözəlova da tamaşaya möhtəşəm quruluş verib. O birinci, ikinci dəfə deyil ki, teatrda tamaşa hazırlayır. Tamaşa mənim çox xoşuma gəldi. İki dəfə tamaşaçı qismində izləmişəm. Əmrahla Gültacın oyununu, musiqi seçimini çox bəyənirəm. Onların zəhmətini qiymətləndirirəm. Teatrda "Paris Notrdam kilsəsinə ithaf", "Anamın kitabı", "Psix", "Mənim günahım" və s. tamaşalar olduğu halda "Qadınım" tamaşasının olması da çox vacibdir. Bu cür müasir tamaşaların oynanılması vacibdir, mütləqdir. Bütün bunlara hazır olmaq lazımdır, bu teatrdır. Teatr aləmdir. Teatr başqa bir dünyadır. Əgər sən ora təsadüfi daxil olmusansa və orada gördüklərini anlamırsansa çox xahiş edirəm rədd ol, çıx ordan. Nəinki başqa artıq-əskik sözlər yazasan" deyə sənətkar bildirib.
Xalq artisti "Şən gənc" layihəsində münsif olaraq iştirak etdiyini bildirib.
"Bu layihəyə görə Gənclər və İdman Nazirliyinə öz minnətdarlığımı bildirirəm. Bu veriliş "Bu şəhərdə" komandası ilə birgə hazırlanır. Rafael də, Coşqun da, Müşfiq də hər zaman incəsənətimiz üçün, teatrımız üçün çalışan insanlardır. Belə bir durğunluq, həyəcan vaxtında biz yeni tapıntılardan, yeni kəşflərdən, gələcəyin aktyorlarından danışırıq. Biz həm də orada narkomaniyadan, gənclərin pozulmasından, cəmiyyətdə özlərini apara bilməmələrindən danışırıq. Bu o qədər tərbiyəli, əhəmiyyətli verilişdir ki. Mən xüsusi minnətdarlığımı "Bu şəhərdə" komandasına və Gənclər və İdman Nazirliyinə bildirirəm. Layihə çox gözəldir. Onlar hələ cavandırlar, gəncdirlər. İçlərində həvəsi indi bizlərə biruzə verirlər. Ona görə də onlara ehtiyatlı yanaşmaq lazımdır. Onlarla elə davranmaq lazımdır ki, sabah canlarından artıq sevdikləri, çox maraq göstərdikləri sənətə tüpürüb getməsinlər. Münasibətdən çox şey asılıdır. Onlar bu dəqiqə elə intizarla bizim gözümüzə baxırlar ki, görsünlər ki, bu sənətkarlar nə irad tutacaqlar?. Biz onlara zarafatla, könüllərini oxşamaqla cavab veririk. Bunun da nəticəsi odur ki, onlar yarışmadan elə gedirlər ki, sanki mükafat alıb çıxırlar. Mükafatın təsis olunması da gözəldir. Biri var idi, soruşdum ki, qızım, sən qalib olsan nə edəcəksən?! Dedi ki, mənim musiqi təhsilim var, amma pianinom yoxdur. Pianino alıb, mahnılar bəstələmək istəyirəm. Biri deyir ki, mən kompyuter almaq istəyirəm. Mən onlaırn bu istəklərini Gənclər və İdman Nazirliyinə çatdırdım. İmkan daxilində bu istəkləri, arzuları yerinə yetirmək lazımdır" deyə sənətkar bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





