“İlhamə Quliyeva heç sağkən də öhdəmdən gələ bilmirdi” – VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"İlhamə Quliyeva ilə sözümüz heç zaman düz gəlmirdi. Mən İlhamə Quliyevadan çox çəkmişəm. Düşmənlərim mənə deyirlər ki, ölən insanın arxasıyca danışmazlar. Mən hər fikrimə sahib olan insanam. Doğrudan, bu dünyadan köçən insanın arxasıyca danışmazlar, yalnız həqiqətdən başqa".
Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti, Şərəf ordenli Flora Kərimova qonaq olduğu "Rəngarəng səhər" verilişində deyib.
83 yaşlı sənətkar onunla illərlə ədavət aparan mərhum Xalq artisti İlhamə Quliyevadan söz açıb. Kərimova bildirib ki, Quliyeva heç sağlığında da onunla bacara bilməyib:
"Mənim qızım Zümrüdün atası dünyasını dəyişəndə İlhamə Quliyeva mənə başsağlığı verən insanları evimdən qovurdu. Mən bu məqamları heç yadımdan çıxara bilərəm? Qızım ağlayaraq gəlib dedi ki, İlhamə xala otaqda qışqırır və evimizdə olan insanları qovur. Mən bu həyatı yaşamışam. İlhamə çox gözəl müğənni və gözəl səsə malik idi. O oxuyanda yanğılı oxuyurdu.
Ancaq onun xasiyyəti... İlhamə Quliyeva adama pislik edən insan idi. Ailəmin, qızımın, oğlumun haqqında o qədər xoş olmayan sözlər danışıb ki... Mən də bunlardan sonra "şişdim, şişdim, şişdim" və sonda "partladım". Olmaz belə... Heç bir sənətkar heç bir sənətkarın yerini tutmur.
Bizi bir-birimizdən ayıran isə ömür boyu qazandığı nüfuzudur. Əgər sən o nüfuzu qazanmamısansa, istəyir səsin qızıldan, xasiyyətin brilliant olsun, amma səni bu millət qəbul etməyəcək. Mən axı, sənə nə etmişdim ki, sən İlhamə, mənə nələr dedin və üzərimə hansı sözlər "yapışdırdın"... Dözdüm, dözdüm... Bilirsiniz, niyə dözürdüm? Övladlarıma görə... Sonra isə bilirsiniz, niyə dözmədim, getdim üstünə? İlhamə heç diri-diri də öhdəmdən gələ bilmirdi. Mən heç zaman heç kimin qarşısından qaçmamışam".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





