Mühafizəçi Aqşinin göstərişlərini yerinə yetirib - “ByFateh”dəki davanın təfərrüatı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış meyxanaçı Aqşin Fatehin işlətdiyi "ByFateh" restoranında baş verən davaya görə açılan cinayət işi ilə əlaqədar məhkəmə prosesi başa çatıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə Aqşin Fatehin özü də iştirak edib.
Hadisəyə səbəb A.Fatehlə şəriki Füzuli Alıyev arasında baş verən narazılıq olub.
Məhkəmə istintaqı zamanı toplanmış sübutlarla müəyyən edilib ki, zərərçəkmiş F.Alıyev restoranının sonuncu və yeni icarəçisi kimi obyektə gəlib və orada olan işçi heyətinə buna dair sənədlər göstərərk oranı tərk etmələrini tələb edib. Bu zaman restoranda çalışanlar Aqşin Fatehə zəng edərək məsələ ilə bağlı məlumat veriblər.
Aqşin Ömər adlı tanışı ilə restorana gələrək Füzuli ilə özünə məxsus əşyaları götürməklə bağlı mübahisə edib. Əşyaların Aqşinə, yaxud obyektin sahibinə məxsus olmasına dair məlumatı olmadığı üçün Füzuli buna icazə verməyib.
Aqşin isə öz işçilərinə özünə aid əşyaları götürməklə bağlı göstəriş verib. Cinayət işində təqsirləndirilən şəxs Vaqif Nadirov (ad-soyad şərtidir) əşyaları götürmək istəyərkən qarşı tərəf buna mane olub. Nəticədə mühafizəçi işləyən Vaqif qarşı tərəfi itələyib, onlar arasında dartışma olub. Bu zaman hadisəni restoranda gül satan Fəridə adlı qadın telefonu ilə videoya çəkmək istəyib. Aqşin isə qadının telefonunu əlindən alaraq yerə çırpıb.
Məhkəmə belə qənaətə gəlib ki, hadisə zamanı təqsirləndirilən şəxs heç kimə xəsarət yetirməyib. Yuxarıda qeyd olunan işin hallarından belə nəticəyə gəlinib ki, mühafizəçi Aqşin Fatehin göstərişlərini yerinə yetirib, heç kimə hədə-qorxu gəlməyib, xəsarət yetirməyib.
Vaqif Nadirovun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə ona bəraət verilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





