İlahə yenidən Şəbnəmi HƏDƏF ALDI: "Şəxsiyyət sözünü təhqir sayan müğənnilər var"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müğənni İlahə İbadova həmkarı Şəbnəm Tovuzlu haqqında verilişlərin birində söylədiyi "Şəbnəm Tovuzlunun oxuduğu mahnıları sevmirəm. Şəxsiyyət olaraq da Şəbnəmi tanımıram. Mən Şəbnəmin sənətini görməmişəm. Efirdə oxuduğu mahnılarını da sevmirəm" sözlərinə aydınlıq gətirib.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Gül kimi şou" verilişində deyib.
İ.İbadova qalmaqallı məsələ ilə bağlı fikirlərini belə nəql edib:
"Verilişlərin birində mənə sual verdilər ki, "Bu ifaçıların sənətini bəyənirsən?" Cavab verdim ki, sənətlərini bəyənmirəm. Bəyənmiş olsam əgər aldığım qırmızı diplomu heçə sayaram. Yəni təhsilimi heçə sayaram. Bir müğənni haqda (Şəbnəm Tovuzlunu nəzərdə tutur - red.) dedim ki, şəxsiyyət olaraq tanımıram. O müğənni nədənsə "şəxsiyyət" sözünü təhqir kimi başa düşüb.
Demək istəyirəm ki, biz hər bir insana şəxsiyyət olaraq müraciət etmək istəyirik. Demişəm ki, şəxsiyyət olaraq tanımıram. Niyə? Misal üçün bir insanla "salam-sağol"um var amma onu yaxından tanımıram, dostluğum yoxdur və yol yoldaşı olmamışam. Şəxsiyyət olaraq nə cür insandır, hansı xarakterə malikdir onu bilmirəm.
Görün, iş nə yerə çatıb ki, şəxsiyyət sözünü təhqir kimi sayan müğənnilər var. Onları qızışdıran ətrafı var. Xahiş edirəm, bir az bu mövzuda maariflənin. Bir insana şəxsiyyət olaraq müraciət etmək çox böyük lütfdür".
Qeyd edək ki, Şəbnəm Tovuzlu İlahə İbadovaya cavab olaraq "zaman var idi ki, İlahə ilə "salam-sağ olumuz" vardı. Ona hörmətim də vardı. Amma var idi... İlahə söylədi ki, məni də, şəxsiyyətimi də tanımır. Burada isə səhv danışdın. Sən məni niyə tanımırsan ki? Sən məni çox gözəl tanıyırsan. Bəzi sənətçilər var ki, onlar sırf kameraya "işləyir". Amma belə kameraya "işləməyin", real həyatda necəsinizsə, kamera önündə də elə olun" sözlərini söyləyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





