Kənan MM “Tiktok”dan görün nə qədər qazanıb - İlk dəfə açıqladı - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Tanınmış rejissor, aktyor Kənan MM (Mahmudov) "Tiktok" platformasından qazandığı məbləği ilk dəfə açıqlayıb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "Künc-bucaq" layihəsinin qonağı olan sənətçi bir il ərzində "Tiktok"dan 108 min manat gəlir əldə etdiyini deyib:
"Bir gün mənə vergidən məktub gəldi ki, vergi borcun var. Bunu heç vaxt deməmişəm. Düşündüm ki, bu nə borcdur, axı mənim heç bir vergi borcum yoxdur. Mühasib gəldi və dedi ki. Sənin "TikTok"a görə vergi borcun var. Sən demə, bir il ərzində mən ordan qazandıqca vergi də gəlirmiş. Sonra o vergini verdim. Məsəl var, hayla gələn, vayla gedər. "TikTok"da gələn hədiyyələrin heç biri mənim olmadığı üçün bunun fərqində idim. Halal, haramı anladığıma görə bilirdim ki, o pul mənim deyil. Həmin pulu son qəpiyinə qədər insanlara dağıdırdım. O gün telefonumdan 250-ə yaxın kart silmişəm, hamısı yardım etdiyim insanların kartı idi. Bu haqda heç vaxt danışmamışam, sadəcə üstündən bir il keçib, mövzu açıldığı üçün deyirəm. Bir ildə "Tiktok"da 108 min manat mənə pul gəlib".
O, həmin pulun bir qəpiyini belə özünə xərcləmədiyini etiraf edib:
"Sual versəniz ki, o pul hanı? Yoxdur. Çünki o pul mənim olmayıb. Həmişə dua edəndə demişəm ki, mənim olmayan boğazımdan, balalarımın boğazından keçməsin, ailəmə qismət olmasın. Ona görə də mən "Tiktok"a qazanc yeri kimi baxmıram. Ordan qazananlara da pis baxmıram, əsla kimisə qınamıram. Heç kəsin işinə qarışmaq olmaz.
Allah şahiddir ki, o pulu mən istifadə etməmişəm, burdan gəlirdi, ordan gedirdi. Bu yaşımda yalan danışası deyiləm. Mənə görə kişi yalan danışmaz.
Vergi borcunun nə qədər olduğu isə deməyəcəyəm, bu dövlət sirridir. Amma borcu ödədim".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





