Fərdadan səmimi etiraf: “Mənim də 18 plus...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Stand-up" müşahidələrə və yaşanmış hekayələrə söykənməlidir. "Stand-up" səmimiyyətə bağlı olan bir janrdır və bu, söhbət janrı olduğu üçün tərəf müqabilin sənin tamaşaçındır".
Milli.Az bildirir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış "stand-up" ustası Fərda Amin deyib.
Sənətçi son dövrlər komediya janrının bir növü olan "stand-up"la bağlı yaranmış tənqidlərə münasibət bildirib.
"Burada sən o qədər səmimi olmalı və içdən davranmalısan ki, hekayənə inansınlar və yaşamış olduğun hadisələrə tamaşaçının reaksiyası çox təbii olsun. Yoxsa bu məsələ avtomatik şəkildə alınmır. Mənim də +18 "stand-up"larım olub və buna hazır olduğumu düşünürəm. Hətta faktlar da onu göstərir ki, bugünkü gündə sosial şəbəkələr bizim həyatımıza sızandan sonra nələr-nələr paylaşılır", - deyə o, əlavə edib.
Aktyorun fikrincə, əslində, "stand-up" formatının özü sərhədsiz zarafata söykənir:
"Yəni sən dostunla, tanışınla necə rahat söhbət edirsənsə, tamaşaçınla da o cür danışıb fikirlərini ifadə etməlisən. Yoxsa, ancaq nə gəldi danışım və s., olmaz. "Stand-up"da açıq-saçıq sözlərdənsə, mövzunun açıqlığı ola bilər. Hansı ki, bu daha rahatdır. Məsələn, dost arasında sıxıla-sıxıla danışdığın bir mövzunu səhnədən danışmağın özü bir cəsarət tələb edir və bilməlisən ki, nə danışırsan. Sənin danışdığın sözlər mövzuya xidmət etməlidir. Yoxsa anidən durub zarafat yazsan, bu, əlbəttə ki, qınağa çevriləcək".
"O ki qaldı qınaqlara, biz əvvəlki aktyorlarımızın necə qınandıqlarının şahidi olmadığımız üçün bizə elə gəlir ki, qınaqlar indi başlayıb. Məncə, bu, bütün dövrlərdə belə olub. Sadəcə, indi hər kəsin özünü ifadə etmək vəziyyəti yaranıb və hamı öz fikrini orada yazmağı özünə borc bilir ki, guya bunun fikri nəyisə dəyişəcək. Çünki heç kəs avro və yaxud manat deyil ki, götürüb talisman kimi pulqabına qoyasan və deyəsən ki, bundan yoxdur. Sənin enerjin kimləri təsvir edə bilərsə, bəlli bir kütlənə xidməti davam etdirməlisən. Bir də ki, sən qarşına çıxan hər pərəstişkarını sevgi ilə qarşılayırsansa, insanların da səni qınaması normaldır", - həmsöhbətimiz fikirlərini tamamlayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





