Niadan ilk açıqlama - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
TikToker Nia Kurbanova haqqında yazılanlar və yayılan video ilə bağlı danışıb.
Milli.Az olay-a istinadən xəbər verir ki, bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib. Nia deyib ki, əslində nişanlısı Furkan Ağlucun Sabir Samiroğlu ilə keçmiş münasibətindən xəbəri olub:
"Özümü əzdirməyəcəm. Çünki əziləsi nəsə etməmişəm. Fahişəlik etməmişəm, kimisə aldatmamışam. Furkandan əvvəl olan başlamaq istədiyim münasibət zamanı çəkilən video ilə yarğılanıram. Furkan bütün bunları bilirdi. Amma məni yarı yolda, ortalıqda qoydu. Şərəfli, namuslu o, oldu. Biz Sabirlə münasibətə başlamaq istəyirdik. Lakin alınmadı və dost qalmaq qərarı verdik. Furkan həyatıma girəndən sonra bir səhv hərəkət etməmişəm. İndi məni qınayırsınız. Amma aldadılan mən oldum. Bunları bilməyinə baxmayaraq Furkan həmişəki kimi rol oynadı. Furkan aylar əvvəl bir ssenari yazdı, biz də oynadıq. Hər günümüz, hər saatımız ssenari idi. Daha çox pul qazanmaq üçün bir kino yazdı. Siz də izlədiniz. Yaxşı da qazandı. Allah xeyir versin. Yazırsız ki, çoban aldadıldı. O saf gördüyünüz Furkan üzərimdən qazandığı pullarla iki ev, maşın aldı. Amma orada yaşamadı. Dedi ki, orada yaşasam, millət dəstək olmayacaq. Çünki çoban olduğum üçün dəstək olurlar. Lüks evi olduğu halda o uçuq evdən çıxmadı.
Ancaq pul qazanmaq haqda düşünürdü. Mənim həyatıma girdi. Ad günümə gəldi. Namusdan, şərəfdən danışan Furkan... Mən 5 illik sevgilimlə dost olmağa qərar vermişdim. Ad günümə o da gəlmişdi. Bu qədər şərəfliydinsə, niyə onunla eyni masada əyləşib mənimlə sevgili oldun? Bunlar sənə görə deyildisə, niyə sonra mənimlə sevgili oldun? Çünki millət görmürdü. Məndən ayrılmaq ona sərf etməyəcəkdi, ona görə ki, pul qazana bilməzdi. Onun üçün şərəfin, namusun önəmi yoxdur. Sadəcə cibinə nə qədər çox pul qoyacağını fikirləşir. Mənim həyatıma girəndən sonra yönləndirdi. Nə desə, edirdim. Ondan sonra da həyatımda heç kim olmayıb. Mən onu sevmişəm. O isə məni bir qram belə sevməyib. Mesajları üzə çıxdı. Ümid verdiyi qızlarla danışdıqları... Bunları niyə demirsiniz? Mənimlə olduğu vaxtlarda etdi. Oğlan olduğu üçün danışmırsız? Mən onu çox sevdim. Məni sevmədiyini bildiyimə baxmayaraq sevdim. Bu oyunun doğru olmağını istədim. Yanlış heç nə etməmişəm. Furkandan öncə bir yola başlamaq istədiyim insanı öpmüşəm. İndi video yayıldığı üçün qınanılıram. Halbuki, bunlaırn hamısını bilən Furkan bilmədiyini deyir. Deyirdi ki, bu işdən elə çıxmalıyıq ki, sən də, mən də zərərdə qalmayaq. Deyirdi ki, Nia yayımımız zəifləyir, dava edək, saat 10-da canlı açma, çünki o vaxt mən daha çox qazanıram. Nə desə, tamam deyirəm. Nia axmaq varını-yoxunu sənə xərclədi. Villa tudu, Gürcüstanda evlər kirayə götürdü, otel pulunu belə Nia verdi. Sən bu qədər utanmaz bir insansan.
Bu hadisələrdən sonra ona zəng etdim ki, Furkan etmə. Dedim, etmə, yarı yolda qoyma məni. Dedi ki, millət nə deyər. O çox yaxşı aktyordur. Canlı yaylımı bağlayandan sonra az qazanc gəldiyini görəndə dəli olurdu. O insan yalnız evini fikirləşir. Məni sevməyib, qazancını düşünüb. Deyirdi ki, evlənək, boşananda söyləyərik ki, yola gedə bilmədik. Dedim, Furkan, axı mən səni sevirəm. Siz onun açıqlamasındakı sakitliyini gördünüz? İnandırıcı gəldi? O bilir ki, aldadılmayıb, ona görə belə rahatdır. Sabir dedi ki, bilet alıram, gəl yanıma. Niyə gəlmədi? Sabir bu həyatda dost qaldığım üçün peşman olmadığım insandır. İndi ailəsi də, özü də yanımda dağ kimi durur. Sən isə məni ortalıqda qoydun. Yenə çox gözəl ssenari yazdı, milləti özünə yönləndirdi. Necə hədiyyə alacağını çox yaxşı bildi. Yayım açıb, yenə hədiyyələrə baxır. Deyir ki, heç nə istəmirəm, bir üzüyümü versin. Bundan başqa sən nəyə pul verdin?Bir buna pul xərclədin. Pul xərcləyəndə canın çıxırdı. Çünki ciddi fikirləşmirdin. Neçə ev, maşın ala biləcəyini düşünürdün. Mənimlə olmaqda başqa məqsədi yox idi. Tək hədəfi pul idi. Mənə də həmişə deyirdi ki, pul yığ, bu fürsət əlimizə keçməz. Sonra içindən çıxarıq, ssenarini dəyişərik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





