Xalq artisti: “2 gün evə gəlmədim, parkda yatdım”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"O vaxt Bakıda yaşayan pərəstişkarlarım rusdillilər idi. Azərbaycan dilində "Ay gecikən məhəbbətim" mahnısını oxuyurdum. Azərbaycanlılar deyirdi ki, "rus dilində oxuma", rus dillilər də deyirdilər ki, "Azərbaycan dilində oxuma". Onlara deyirdim ki, musiqinin dili yoxdur. Musiqi sərhəd tanımır, bilmir. Hansı dildə oxuyursan-oxu yetər ki, ürəklə ifa edəsən. Mən konsertlərdə İspan, Rus, İtalyan, Fransız dillərində də oxuyuram. 1980-ci illərdə verdiyim konsertləri Azərbaycanda heç kim verməyib. Uzun müddət konsertlərim anşlaq keçirdi"
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında xalq artisti Sərxan Sərxan deyib. O daha sonra uşaqlığı ilə bağlı bir məqamı xatırlayıb.
"Atam uşaqlıqda məni musiqi məktəbinə aparmışdı. Getmirdim, deyirdim ki, mən qız zadam bəyəm musiqi ilə məşğul olum?! 14 yaşım olanda fikrim dəyişdi. İstədim ki, taleyimi musiqi ilə bağlayım. Bu da necə baş vermişdi?! Böyük qardaşımın dostunda o vaxt gitara var idi. 1-2 ifa etdi, bəyəndim. Atama deyəndə ki, gitarada oxumaq istəyirəm, dedi ki, dəli olmusan?! Atam yazıçı, jurnalist idi. Deyirdi ki, təsəvvür et 40 yaşın var, elə bir məclisdəsən ki, hamıdan soruşurlar nə işlə məşğulsan, sən utanmayacaqsan ki, deyəsən gitarada ifa edirəm?! Küsüb evdən qaçdım. Atama dedim ki, Moskvada oxumağa buraxmasan evə qayıtmayacam. Birinci gecəni parkda yatdım. Anam çox pis oldu. 2 gün evə gəlmədim. Sonra atam dedi ki, "eybi yox, qoy getsin, imtahanda kəsərlər qayıdar". Gecə-gündüz gitarada çalışırdım ki, Moskvada imtahanlara qəbul olum" deyə sənətkar bildirib.
Sənətkar bildirib ki, gənclərin musiqi ilə məşğul olması təqdirəlayiq haldır.
"Musiqi həmişə inkişaf edir. Bəlkə mən də gəncliyimdə narazılıq edib demişəm ki, qocalar nə oxuyur ki?! İndi də cavanlar oxuyurlar. Əcəb edib oxuyurlar. Mədəni, səbrli olsunlar. Mövzusu dolğun olan əsərlər oxusunlar. Musiqi cürbəcür olmalıdır. Musiqi özü seçəcək yaşayır yoxsa yaşamır. Düzgün musiqi deyilsə 1-2 ildən sonra yaddan da çıxacaq o mahnılar. Əgər yaxşı ifadırsa o qalacaq" deyə müğənni bildirib.
Xalq artisti "bozbaş" adlandırılan müğənnilərdən də danışıb.
"O vaxt indiki kimi deyildi ki, gedib hardasa çıxış edəsən. Konsert idarələri var idi. Sənin yalnız çıxış üçün 1-2 mahnıya icazən var idi. Vəssalam! Səhnədə 45 dəqiqə oxumaq üçün nazirlik sənə icazə verməli idi. Əgər səndə o sənəd yox idisə, heç kim səni səhnəyə buraxmırdı. Bu gün şərait dəyişib. Estrada müğənniləri nə istəyir edir, heç kimdən asılı deyillər. Bəzən deyirlər ki, "bozbaş oxuyanlar". Bozbaş oxuyanların arasında da çox istedadlıları var. Sadəcə olaraq onların təhsili yoxdur. Yaxşı, bəs onlar necə yaşamalıdır?! Necə dolanmalıdır? Onlara həmin oxuduqları mahnılara görə pul verirlər. Onlar üçün imkan yaratsınlar, onlar da öz yaradıcılıqlarını ayrı istiqamətə verib, ayrı mahnılar, konsertlər oxusunlar. Onlar pula görə həmin mahnıları oxuyurlar. Sən ona şərait yarat, sonra qına. Bizim ixtiyarımız yoxdur onlara bozbaş deyək. Ailə saxlayırlar, qazanmalıdırlar. O vaxtlar da müğənnilər toylara gedirdi. Mənə deyirlər ki, "Sərxan müəllim niyə toylara getməmisiniz?". Onların toydan qazandıqları pulu mən rəsmi yolla bir konsertdən qazanırdım. Mənə toy lazım idi? Əlbəttə ki, yox! Mən toy müğənnisi deyildim" deyə xalq artisti bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





