Şou-biznes

Meladzeyə ağır itki, konsertlərini təxirə saldı - FOTO

21 Yanvar 2024 12:54
Baxış: 1 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcü əsilli rusiyalı müğənni Valeriy Meladzenin atası Şota Meladze vəfat edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı 90 yaşında dünyasını dəyişib. Bu barədə Meladze özü sosial media hesabında məlumat yayıb.

O, bu səbəbdən qarşıdakı konsertlərini təxirə salmaq məcburiyyətində qaldığını deyib. Meladze yanvarın 20, 23 və 25-də Almatıda keçirilməli olan konsertlərinin tarixini fevralın 2, 4 və 6-na dəyişib. Yanvarın 22-də Daşkənddə keçirilməsi planlaşdırılan konsert isə fevralın 7-nə təxirə salınıb.

Bildirilib ki, əvvəllər alınmış biletlər yeni tarixlər üçün etibarlı olacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.