Şou-biznes

Əfsanəvi müğənni hava limanında saxlanıldı: Görün çamadanından nə çıxdı

15 Yanvar 2024 20:26
Baxış: 1 231
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspan musiqisinin əfsanəvi adı olan Xulio İqleasias hava limanında saxlanılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Enrike İqlesiasın atası olan müğənni Xulio İqlesias Baham adalarından getdiyi Dominikan Respublikasının Punta Kana hava limanında saxlanılıb. Müğənninin çamadanında 42 kilo yemək tapılıb. Çamadanlar müsadirə edilib.

Xulio Dominikan hakimiyyətinə nə üçün çamadanında bu qədər çox yemək olduğunu izah etməli olub.

Müğənninin çamadanında ət və tərəvəz məhsulları tapıldığı iddia edilir.

Qeyd edək ki, Xulio İqlesiasın fiziki və hərəkətlilik problemlərinin olduğu və adətən əlil arabasından istifadə etdiyi bildirilib. Hətta onun yaddaş problemi olduğu, mahnılarını unutduğu da deyilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.