“Elza gülünc geyinir, Damla, Şəbnəm,zövqsüzdür, Tünzalənin...” - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Səhnə kilonu sevmir. Biri var eyni geyimi kilolu müğənniyə geyindirəsən, biri də var ki, incə xanıma geyindirəsən. Əlbəttə ki, bunlar fərqli görünəcək. Bu bizim müğənnilərimizin ilk növbədə minusudur. Artıq çəkiləri çoxdur. Bir də son vaxtlar müğənnilər ombalarında plastik əməliyyatlar etdirirlər. Bu da geyimin vizual görünüşünə çox pis təsir göstərir. Bizim səhnəmizdə də incə xanımlar çox azdır. Barmaq sayı qədərdir. Düzdür, onların içində əməliyyatdan çıxanları da var, idmanla arıqlayanları da. Biz burdan belə bir nəticəyə gəlirik ki, gözəl görünməyin, şarmlı görsənməyin ilk səbəbi çəki ilə əlaqəlidir. İkinci səbəbi isə tərzlərin düzgün seçilməsidir"
Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında tanınmış modelyer-dizayner Şəlalə Maqsudova deyib. O daha sonra adbaad zövqlü və zövqsüz müğənniləri sadalayıb.
"Son dönəmlərdə hamımızın sevimlisi, xalq artisti Aygün Kazımovanın bir neçə əməliyyatdan sonra bədəni çox gözəl görkəm alıb. Ən sadə geyimi belə gözəl təqdim edir.
Xalq artisti Röya Ayxanın da bədən ölçüləri möhtəşəmdir. Hər iki xanım öz üzərində çalışır, dəblə ayaqlaşa bilirlər. Bununla yanaşı bəzi müğənnilər var ki, geyimlərdə çox əyər-əskiklik edirlər. İstər rəng baxımından, istərsə də ölçü baxımından düzgün seçim edə bilmirlər.
Müğənni Xatirə İslamın da geyimləri mükəmməl deyil. Düzdür, son aylarda əməliyyatla arıqladı, amma yenə də geyimlərdə o şarmı göstərə bilmir.
Müğənni Hissin geyimləri, tərzi çox xoşuma gəlir. Mən Hissə baxanda sanki onu Milanda hansısa moda gecəsində səhnəyə çıxarkən görürəm. Çox gözəl imici var. Bilmirəm üzərində kimsə çalışır, yoxsa öz tərzidir? Öz tərzini yaradıbsa demək ki, zövqü çox gözəldir.
Müğənnilər toy geyimlərindən daha çox istifadə edirlər. Bu tərz deyil. Həmin müğənnilər klip çəkdirəndə də toy geyimlərindən istifadə edirlər. Bu çox gülünc görünür. Müğənnilər özlərini toyda yox, kliplərdə, fotosessiyalarda daha çox göstərməlidir.
Mən xarici müğənniləri yaxından izləyirəm. Onların konsert geyimləri, fotosessiya geyimləri fərqlidir. İri bədənli xanım əcnəbi müğənnilər belə tərzlərini çox gözəl seçirlər. Bizim sənətçilər geyimlərinə pul xərcləmək istəmirlər. Hansısa bir butiklə danışırlar, reklam qarşılığında həmin geyimləri götürürlər. Bu da sonda müğənninin geyim tərzinin bərbad olması ilə nəticələnir. Tanınmış müğənnilər var ki, mənə müraciət edib deyirlər ki, "klip çəkdirirəm, sonda sizin adınızı yazdıracam, mənə geyim verə bilərsiniz?". Mən onlara geyim vermirəm. Əgər klipində gözəl görünmək istəyirsənsə sən pul xərcləməlisən. Məcbur qalırlar hansısa praktikası olmayan, yeni çıxan dizaynerlərə müraciət edirlər. Əlbəttə ki, həmin dizaynerlərin reklama ehtiyacı var. Açıq-saçıqlıqdan da danışmaq istəyirəm. Bu nə dəbdir, nə də ki, moda! Bəzi müğənnilərimiz var ki, açıq-saçıq geyimləri ilə yaddaşda qalmaq istəyirlər. Mən buna yaxşı baxmıram. Köhnə fikirli insan da deyiləm. Elə qlamur geyimlər var ki, onlar heç açıq-saçıq deyil. Zövqsüzlər "N" qədərdir.
Tünzalə Ağayeva da zövqsüz geyinən müğənnilərdəndir. Əvvəla onun seçdiyi geyimlər bədənini anormal göstərir. Amma bu geyimləri ona "əladır" deyib geyindirirlər. Şəbnəm Tovuzlunu çox istəyirəm, amma zövqsüzdür. Bu xanım heç vaxt geyim tərzini bilməyib, bədən quruluşunu tanımayıb. Həmçinin də Damla, Türkan Vəlizadə, Nəfəs, Vəfa Şərifova da çox zövqsüz geyinir. Günay İbrahimli əvvəl çox yaxşı geyinirdi. Son vaxtlar isə geyimlərini çox təkrarlayır. Özünə moda evi açıb. Təbii ki, Günay modelyer deyil. Modelyer olmaqdan ötrü insanın gərək öz fantaziyası olsun. Təranə Qumralın da geyimi o dərəcədə zövqlü deyil. Daha çox ziyafət geyim tərzindən istifadə edir. Bu da toylara çox getməsi ilə əlaqəlidir.
Əməkdar artist Elza Seyidcahanın sənətini çox sevirəm, amma geyimləri bərbaddır. Elza xanımın geyimləri gülünc mənbəyidir, sənət əsəri deyil. Biri var papaqı qatlanmış vəziyyətdə başına qoyasan, biri də var onu uzun formada başının ortasına yapışdırasan. Köynəyi düzünə geyinir, sonra çıxarıb onu tərsinə geyinir. Bu fantaziya ola bilər, amma bəzən dəxlisiz nələrsə edib ortalığa çıxır. Bu da unudulmamaqdan, yaddaşlarda qalmaqdan ötrüdür. Son vaxtlarda mən müğənnilərin hardasa 3-4 faizini görürəm ki, sənəti üzərində çalışıb, sənətlə qabağa gedirlər. Yerdə qalanları isə ya açıq-saçıq geyimləri, pozları ilə, qalmaqallarla, gülünc geyimlərlə yaddaşlarda qalmaq istəyirlər. Geyim insanın xarakterini göstərən bir meyardır" deyə modelyer-dizayner Şəlalə Maqsudova deyib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





