"Gözümə inanmadım" - Zemfira Nərimanova Ramiz Məlik haqqında NƏLƏR DANIŞDI?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az xəbər verir ki, Xalq artisti, Prezident təqaüdçüsü Zemfira Nərimanova Lent.az-a dostu, həmkarı, Xalq artisti Ramiz Məlik haqqında xatirələrini danışıb.
- Zemfira xanım, özünüzü necə hiss edirsiniz?
- Nə bilim, bu aralar çox üzgünəm. Neçə dəyərli sənətkarımızı, neçə əziz insanı itirdik. Həmkarım. Dostum. Xalq artisti Ramiz Məlikin ölümü mənə çox ağır təsir etdi. O, əvəzsiz sənətkar idi, lakin vəfat etdikdən sonra onun xatirəsinə yetərli qədər diqqət göstərilmədi. Niyə jurnalistlər onun haqqında çox az yazdılar?
- Zemfira xanım, Ramiz Məlik sağlığında özü yaxın buraxmaq istəmirdi axı...
.jpg)
- Ramiz kənardan başqalarına acıdil insan kimi görünə bilərdi, amma o həddindən çox ürəyi təmiz insan idi. Bunu onu yaxından tanıyan hər kəs bilirdi. Ramiz acıdil deyildi, o sadəcə düzünü danışırdı deyə başqaları qıcıqlanırdılar.
- Onunla dostluğunuz necə başlayıb?
- Mənə gah balaca, gah da "tirpaş" deyirdi. "Tirpaş" sözü onun məşhur sözü idi. Çox işlədirdi. İncəsənət İnstitutunu bitirib teatra yeni gəlmişdim. O zaman Ramiz "O qızı tapın" adlı filmdə çəkilmişdi və məşhurlaşmıdı. Çox yaraşıqlıydı. Biz bir tamaşada tərəf müqabili olmalıydıq. Məşqlər başladı, mən rolla bağlı ona bir neçə fikir bildirdim. Mənə dedi ki, "ey balaca, tirpaşlıq eləmə". İlk dəfə onda bir-birimizi qırdıq, dalaşdıq. Sonralar barışdıq, dostlaşdıq. Ondan sonra həmişə mənə "balaca" deyə müraciət edərdi. Balaca desə də sənətimi qəbul eləyirdi.
Ramiz Məlik çox ədalətli, qayğıkeş insan idi. Moskvadan yeni gəlmişdim. Bir də gördüm ondan zəng gəldi. Evdəkilər açdılar telefonu. İsrarla deyirdi ki, verin Zemfiranın səsini eşidim. Aldım telefonu hal-xəbər tutdu, sonra bağladı. Yalnız bir neçə gün sonra teatrda görüşəndə dedi ki, haqqında ölüm xəbəri yaymışdılar, səsini eşidib əmin olmaq istəyirdim, ona görə zəng eləmişdim. Sosial şəbəkə hesabından belə xəbər yayanları "yıxıb-sürümüşdü". Sənətinə də, sənətkara da qiymət verməyi bacarır, qiymət verilməsini tələb edirdi.
- Zemfira xanım, uzun illər teatrdan uzaq qaldınız. Bunun səbəbi nə idi?
.jpg)
- Mən teatrdan küsmədim, teatr mənim doğma evim idi, orda böyümüşəm, teatrın divarlarını öpürdüm mən, ondan necə küsəydim. Azər Paşa Nemətovla aramızda inciklik yarandı, ona görə daha ora ayaq basmadım. Ramiz Məlik tez-tez zəng vururdu, qayıt, gəl deyirdi. Ötən il bir tədbirlə bağlı teatra getdim. Məni görüb gözləri doldu, əməlli-başlı ağladı. Allah ona rəhmət eləsin. Ramiz sənət üçün yaşayırdı.
- Onunla bağlı ən unudulmaz xatirəniz nədir?
- Yadımdadır, o bir dəfə infarkt keçirmişdi. O zaman teatrda "Özümüzü kəsən qılınc" tamaşasının məşqləri gedirdi, Ramizə də əsas rollardan biri verilmişdi. İnfarkt keçirdiyinə görə, məşqləri dayandırıldı, yerinə başqa aktyor təyin olundu. Amma mən görürdüm ki, həmin aktyor Ramizin rolunun öhdəsindən gələ bilmir, o yükü daşıya bilmir. Tamaşanın təhvil verilməsinə az qalmışdı. Bir gün zəng etdim, evlərinə getdim. Gördüm yataqdan qalxıb, otaqda gəzişir. Dedim, Ramiz, gəl tamaşaya, gəl rolunu oyna, sənsiz olmur. Səhəri gün gözümə inanmadım. Gəlmişdi. O tamaşada da rekvizit çox keyfiyyətli idi, ağır qılınclar, zirehli geyimlər... Xəstə ürəyinə baxmayaraq, o necə qılınc çalırdı, necə döyüşürdü. Türkiyəni qarış-qarış gəzdik o tamaşa ilə. Ramizi sadəcə olduğu kimi qəbul etmək lazım idi. Xərçəng xəstəliyi insanı istər-istəməz əsəbi edir. Bir müddət oğlu da, xanımı da xəstə idi. Bu qayğılar əlbəttə onu narahat edirdi. Asan deyildi. İstər-istəməz inciyirdi. Bir dəfə ailəvi bir məsələləri olmuşdu. Bir bacısı atadan qalma torpağı özəlləşdirmişdi. Məhkəmə yolu ilə o torpağı geri alıb bacı-qardaşları arasında tən böldü, özünə pay götürmədi. Ramiz belə bir insan idi.
Ona görə söhbətimizin əvvəlində dedim ki, dəfn etdilər, amma xatirəsinə yetərli qədər diqqət göstərilmədi. Ona Təzə Pir məclisində ehsan mərasimi verilə bilməzdimi? Bilərdilər. Belə insanlar bizim dəyərlərimizdir. Ramiz Azərbaycan teatrında və kinosunda xidmətləri olmuş istedadlı insan idi. O Xalq artistidir, bu adın bir ağırlığı olmalıdır, bu adı daşıyanlara hörmət qoyulmalıdır. Ramiz və onun kimi böyük sənətkarlar unudulmamalı, unutdurulmamalıdır.
.png)
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür





