Şou-biznes

"Kızıl goncalar"ın yeni bölümü ilə bağlı yeni xəbər

11 Yanvar 2024 00:14
Baxış: 782
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, "FOX TV"də yayımlanan "Kızıl goncalar" serialı "RTÜK" (Türkiyədə Radio və Televiziya Ali Şurası) tərəfindən cəzalandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki,  qərara əsasən, yanvarın 8-də yayımlanmalı olan 3-cü və növbəti həftədəki bölümün yerinə sənədli film efirə gedib. 

Tənqidlərlə qarşılanan bu addımın ardından ekran işinin yeni bölümünün nə vaxt yayımlanancağı sual doğurub.

Yayım şirkətindən verilən məlumata görə, serialın 3-cü bölümü yanvarın 22-də izləyicilərə təqdim olunacaq.

Qeyd edək ki, serialın baş rollarını Özgü Namalla Özcan Dəniz canlandırır. Həmçinin, serial 9 milyon lirə (təxminən 511 min manat) cərimələnib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.