“Qızıl qlobus” mükafatının qaliblərinin adları açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İrlandiyalı aktyor Killian Mörfi "Oppenheymer" (2023) filmindəki roluna görə "Ən yaxşı aktyor" nominasiyasında "Qızıl Qlobus"a layiq görülüb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, film həmçinin "Ən Yaxşı Dram Filmi" nominasiyasında da namizəddir.
Amerikalı aktyor Robert Dauni isə "Oppenheymer" filmində ikinci planda ən yaxşı aktyor nominasiyasında "Qızıl Qlobus" mükafatına layiq görülüb.
Kristofer Nolanın "Oppenheymer" bioqrafik trilleri ilk dəfə ötən ilin iyulun 21-də yayımlanıb. Əsər atom bombasının yaradıcısı, ABŞ-dən olan fizik Robert Oppenheymerin həyatından bəhs edir. Rejissor Kristofer Nolan "Qara cəngavər", "Başlanğıc", "İnterstellar" kimi filmlərin müəllifidir.
Bundan başqa "Ən yaxşı rejissor" nominasiyası üzrə "Oppenheymer" bioqrafik dramının rejissoru Kristofer Nolan, "Ən yaxşı xarici film" nominasiyası üzrə "Düşmə anatomiyası" filmi, "Dram serialında ən yaxşı aktyor" nominasiyası üzrə Kiran Kalkin "Varislər" serialındakı roluna görə, "Miniserialda ən yaxşı ikinci plan aktyoru nominasiyası üzrə "Varislər" serialındakı roluna görə Metyu Makfadyen, "Televiziya filmi, serialı və ya miniserialında" ən yaxşı aktyor nominasiyası üzrə "Beef" (2023) mini serialındakı roluna görə Stiven Yeun, aktrisa Ali Vonq eyni layihədə iştirakına görə, "Komediya/Muziklda ən yaxşı aktrisa" nominasiyası üzrə Emma Stoun "The Down and Out" filmindəki roluna görə, Billi Ayliş "Barbie" filmindəki mahnısına görə, ən yaxşı cizgi filmi nominasiyası üzrə yapon rejissoru Hayao Miyazakinin "Oğlan və quş" filmi, "Kinematoqrafik və distribütor nailiyyətləri" nominasiyası üzrə "Barbie" filmi "Qızıl qlobus"a layiq görülüblər.
Xatırladaq ki, əhəmiyyətinə görə "Oskar"dan sonra ikinci sırada dayanan "Qızıl qlobus" 1942-ci ildən etibarən Hollivudda akkreditə olunmuş 50 ölkəni təmsil edən jurnalistlərin seçdiyi kino və televiziya filmlərinə verilir.
Mükafat 25 nominasiya üzrə (14-ü kino, 11-i televiziya sahəsində xidmətə görə) təqdim olunur. Hər bir kateqoriyaya adətən 5 namizəd irəli sürülür. Qaliblər namizədlər arasından səsvermə yolu ilə seçilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
XƏBƏR LENTİ
-
Avqustun 12-dəki Günəş tutulması bəzi bürclər üçün çox uğurlu olacaq
-
"Deyir, ana, sən deyəni alsam, uğursuz evlilik olar" - Fədayə Laçın
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur





