“Onun adını ağzıma almayacağam” - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"18 illik təcrübəmdə heç zaman şəxsi münasibətləri karyeramla bir yerə qoymamışam. 2023-cü ildə qərar verdim ki, mənə hörmət edənə qarşılıq verəyəcəm, hörmət etməyəni isə görməyəcəyəm, onun adını ağzıma almayacağam. İstər iş prosesində, istər şəxsi planda".
Milli.Az olay.az-a istinadən xəbər verir ki, bu sözləri "7 özəl" proqramında aparıcı və radio dj Kazım Sübhan deyib.
Ötən ilin ən hit ifalarını sıralayan sənətçi Xalq artisti Röya Ayxanın "Tez gəl" mahnısını siyahıda birinci edib və onun haqda bu sözləri dilə gətirib:
"Onun taktikasını yüksək qiymətləndirirəm. Ən əsası odur ki, onun bu taktikası səmimidir. Deyirlər ki, çoxbilmişdir. Yox, yaxşı mənada. İnsan ətrafına, komandasına həmişə hörmət edir. Karyerasında, sənət yolunda ona dəstək olan insanları əlində bərk saxlamasını yüksək qiymətləndirirəm. Ağıllı və peşəkar insan qazandığı uğura tək başına nail olmadığını biləndir. Vay o insanın halına ki bütün uğuru özündə görür. Onun çox az müddəti var - 1-2 ilə tükənəcək. İnsanın eqosuna baxın, düşünür ki, "Bu uğuru mən tək bacarmışam!". Bu bir reallıqdır ki, uğuru tək deyil, komanda şəklində bacarırsan. Sadəcə sənə olunan zəhməti, dəyəri səhnədə tək göstərirsən. Röyada komandasına təşəkkür etmək hissi var. Hər dəfə böyük layihələrdən sonra komandasına yaxşı hədiyyələr verir. Söhbət hədiyyədən getmir, işçisini dəyərləndirməkdən gedir.
Mən həm bu məqama görə, həm də "Tez gəl" mahnısını və klipini çox bəyəndim. Mənim üçün 2023-cü ilin ən yaxşı mahnısı odur. 2023-cü ilin ən uğurlu sənətçisi də Röyadır. Konsertlər, "14/41" albomunun təqdimatı, kliplərinin də sayı-hesabı yoxdur".
Kazım daha sonra fikirlərinə belə davam edib:
"Mən sənətə, sənətkara, sənətkarın şəxsiyyətinə hörmət edən bir insanam. Artıq bir neçə aydır belədir. Mənə elə gəlir ki, bir ifaçının məhsulu yaxşıdırsa, şəxsiyyətində problem varsa, onun mənə sənəti də lazım deyil. İstənilən sahədən asılı olmayaraq, insanın xarakteri, şəxsiyyəti olmalıdır. Şəxsiyyəti, daxildəki dəyəri yoxdursa, onun təqdim etdiyi məhsulun səmimiyyətinə inanmıram".
Qeyd edək ki, K.Sübhanın "2023-cü ilin ən hit mahnıları" siyahısında Nadir Qafarzadənin "Saz kimi sevirəm", Tünzalə Ağayevanın "Ey yar", Natavan Həbibinin "Olma nigaran", Azər Zeynin "Sevmədim ki", İradə İbrahimovanın "Bir bahardır", Səidə Sultanın "Ahuzar içində" ifaları da yer alıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





