Brilliant Dadaşova: “Hətta mən orada Elnurla tək otaqda olanda belə..." - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Nağıllarda da görürsünüz ki, şeytan min dənə cildə girir. Min cildə girən insanlardan mən çox qorxuram. Hərdən mənə deyirlər ki, sən də onlar kimi ol. Sən çıxırsan qazetlərdə, televiziyada, radioda hisslərini dilə gətirirsən. Onlar altdan həmin işləri görürlər. Mən belə etsəm, gecə yata bilmərəm. Çünki şəxsiyyətim buna əsla yol verməz".
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova qonaq olduğu "Xəbərin var?" maqazin verilişində deyib.
Xalq artisti illərlə küsülü olduğu Əməkdar artist Lalə Məmmədova ilə münasibətlərindən söz açıb:
"Lalə ilə həyatda mən tanış deyildim. Sadəcə televizora baxıb, görürdüm ki, bir qız oxuyur və "xırdalıqları" gözəl edir. Lalənin çox yaxşı sənəti var. Mənim "xırdalıqlarımı" etmək hər adamın da işi deyil. Sonra gördüm ki, Lalə o etdiyi "xırdalıqlara" görə, özünə müəllim kimi başqasının adını çəkir. Məndə kənarda dayandım. Lalə efirə çıxıb haqqımda xoşaqəlməz şeylər danışırdı. Bunu isə o bir neçə dəfə təkrar etdi. Ondan sonra anladım ki, mənlik deyil... Amma yenədə Lalə öz səhvini başa düşdü. Sağolsun..."
Dadaşova bildirib ki, Məmmədova ilə ortaq stilist dostları Elnur Həsənovun gözəllik mərkəzində üz-üzə gəlsələr də, Lalənin barışıq addımını orada deyil, məhz ad günündə atmasını təəccüblə qarşılayıb:
"Stilist Elnur Həsənovun gözəllik salonunda çox oluram. Lalə də oraya tez-tez gəlir. Hətta biz orada da bir-birimizi görürdük. Amma salamlaşmırdıq. Münasibətimiz yox idi. Ad günümə Lalənin gəlməsinə çox təəccübləndim. Çünki o, Elnurun salonunda məni dəfələrlə görürdü.
Hətta mən orada Elnurla tək otaqda olanda belə, o, yanıma gələ bilərdi. Amma bunu məhz ad günümdə etdi. Yəqin bunu lazım bilib. Lalə ad günümə gələndə çox yorulmuşdum. Artıq gecə saat 00:00 idi. İndi aramızda "salam-sağolumuz" var. Lalə ilə görüşüb, qucaqlaşıb, öpüşürük.
Mən gördüm ki, Lalə səhvini başa düşdü. Ruslar demişkən "Лучше поздно, чем никогда" (Gec olsun, güc olsun). Laləyə nə etmişdim? Mən oxumuşdum. Kimsə isə məndən öyrənirsə... Jurnalistlər Lalənin üstünə gedib deyirdilər ki, sən Brilliant Dadaşovanı təqlid edirsən. Burada mənim nə təqsirim var? Mən nə edim ki?".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





