"Bir gün deyəcəksiniz ki, Kübra xanım dünyadan köçdü, onda..." - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
""Bizimləsən" verilişində aparıcı Zaur Baxşəliyev gözümü Xəlik doktora əməliyyat etdirdi. Ona və həkimimə təşəkkür edirəm! Hələ ki, avtomobil idarə edə bilmirəm. Əməliyyatı çox gecikdirmişdim. Gözümdə mirvari suyu çoxalmışdı. Gərək 4-5 ay bundan öncə gedərdim. Dumanlı görürəm, inşallah ki, tam sağalacam".
Milli.Az bildirir ki, bunu Moderator.az-a açıqlamasında əməkdar artist Kübra Əliyeva deyib. O daha sonra əlavə edib.
"Bu günlərdə Bakı Şəhər Mədəniyyət Baş idarəsi Maştağada, H. Abbasov adına Mədəniyyət Mərkəzində 75 illik yubileyimlə bağlı mənimlə görüş təşkil etdi. Görüş çox gözəl keçdi. Heç kimə demədim, hansısa yaxın qohumumu, sənət dostumu dəvət etmədim. Bir tək səhnədə özüm idim, bir də aparıcı. Maştağanın sayılıb-seçilən insanları, kənd sakinləri, uşaqdan-böyüyə hamı orada idi. Suraxanı Mədəniyyət Mərkəzində də yanvar ayının 10-da mənimlə görüş olacaq. Bu qəbildən bir neçə silsilə görüş olacaq. 21 yaşından bu sənətdəyəm. Çox şükür teatrda da yaxşı rollar oynamışam, zəhmət çəkmişəm. Azərbaycanın o rayonu, o kəndi yoxdur ki, mən qastrola getməyim. Mən əminəm ki, öz vəzifəmi xalqımın qarşısında yerinə yetirmişəm" deyə Kübra Əliyeva deyib.
Kübra Əliyeva qadın aktrisaların "qadınlar haqqında ssenari yazılmır" sözlərinə cavab olaraq bunları bildirib.
"Mən belə deməzdim. "Qaynana" filminin ssenarisi Nəsibə xanım üçün yazılıb. "Onu bağışlamaq olarmı?" filmində nə qədər qadın rolları var. "Görüş" filmində də baş rolu Münəvvər Kələntərli oynayır. Bu qəbildən çox filmlərimiz var. Bu gün mən film görmürəm və heç nə də deyə bilmərəm. Mən çox az filmə çəkilmişəm. Əlbəttə ki, etiraz edən aktrisaların haqqı var. Onlar məndən də çox filmlərdə rol alıblar" deyə o bildirib.
Kübra Əliyeva hər zaman gənclərə dəstək olduğunu bildirib.
"Yadıma gəlmir ki, hansısa gənc aktrisanı tənqid edim. Mən AZDRAMA-dan çıxanda bir-iki gənc aktrisa var idi, onlar da başıma and içirdilər. Heç vaxt tənqid etməmişəm, etmərəm də. Mənə nə aidiyyatı var ki, indiki aktrisalar haqda danışım?! İndi zəmanə başqadır. Ola bilər ki, biz başqa cür olmuşuq, indikilər bir başqadır. Kübra xanımda belə şey yoxdur" deyə o bildirib.
Sənətkar itirdiyi sənət yoldaşlarını da xatırlayıb.
"Bir gün gələn, bir gün də bu dünyanı tərk edir. Əzizlərimizi də, yaxınlarımızı da, sənət dostlarımızı da itiririk. Sənət aləmində elə dostlarımı itirmişəm ki, onların ölümü mənim içimi göynədib. Öncə Telman Adıgözəlovu itirdim. 57 yaşında.. Heç inanmağım gəlmirdi. Ölümündən 2 gün öncə biz toyda idik. Telmanın ölüm xəbərini mənə Elçin Həmidov demişdi. Çox keçmədi ki, onu da itirdim. Elçini oğlum qədər sevirdim. Onun ölümü mənə pis təsir etdi, nakam getdi. Telman özü də nə oğlunun, nə də ki, qızının toyunu gördü.. Pandemiya zamanı nə qədər sənətkarımızı itirdik.. Bir gün deyəcəklər ki, Kübra xanım da dünyadan köçdü.. Bu həyatda hərə öz borcunu yerinə yetirib, əbədiyyətə qovuşur" deyə sənətkar bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





