ATV-də “SƏHNƏ” açılır - İncə zövqlü tamaşaçılar üçün yeni layihə - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İncə zövqlü tamaşaçılar üçün yeni layihə
Sənət xiridarlarının səbirsizliklə gözlədiyi, teatr sənətinə həsr olunan və tam fərqli bir üslubda hazırlanan "Səhnə" adlı layihə yanvarın 6-nda, saat 22-də, ATV telekanalında yayımlanacaq.
Həyat gerçəkliklərini əks etdirən səhnəylə, teatrla bağlı bir çox televiziya layihələri olub. Lakin "Səhnə" layihəsi tam fərqli yanaşmada tamaşaçıların mühakiməsinə veriləcək. Səhnə və kulis, yaradıcılıq axtarışları, səhnə korifeylərimizin həyat və sənət dünyası, eyni zamanda Azərbaycan teatrının keçdiyi tarixi yol, milli teatrımızın inkişaf mərhələləri və s. kimi məqamlar yeni layihənin əsas hədəflərindəndir.
Maraqlı məqamlardan biri də odur ki, layihənin ideya müəllifi və rəhbəri də, verilişin aparıcısı da məhz sənət dünyasının məşhur simalarıdır. Belə ki, layihənin rəhbəri tanınmış teatr rejissoru, prodüser Ələkbər Tağızadə, aparıcısı isə xalq artisti Fəxrəddin Manafovdur.
Qloballaşma, internet və özündə milyonlarla informasiya daşıyan sosial şəbəkələr, bayağı kontentlər hərdən insanlarda əsil sənət və sənətkar kriteriyalarını elə aşındırır ki, bəzən mənəvi qida təlabatı belə arxa plana keçir. Eləcə də, sənətlə bağlı diskusiyalar, mübahisələr, düşüncələr, axtarışlar da müasir insanın gündəmindən çıxır. Məhz belə bir dönəmdə tamaşaçılara təqdim olunacaq "Səhnə" telelayihəsi teatrımızın keçmiş şöhrətini özünə qaytarmaqla yanaşı
əsil sənət xiridarı olan yüksək zövqlü tamaşaçı da formalaşdırmağa çalışacaq. Bir sözlə, bir-birindən maraqlı sənət hekayələrini izləmək istəyirsinizsə, yanvarın 6-nda, saat 22-də ATV kanalında "Səhnə"yə baxın.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





