“Şəbnəmin, Türkanın daha çox tanınmağı musiqimizin bədbəxtliyidir” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Meyxanaçı Tərlan Novxanı və keçmiş duet ortağı Əməkdar artist Nigar Şabanova arasında qalmaqal yaşanıb. Buna səbəb Nigarın "İsraildə məclisdə idim. Yaxınlaşıb dedilər ki, sizin Tərlanla oxuduğunuz dueti çox bəyənirik. Bu mənə çox pis təsir etdi. Çünki bu qədər muğamlar oxuyuram, amma məni sırf meyxanaçı Tərlan Novxanıya görə tanıyırlar" sözləri olub.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı T.Novxanı qonaq olduğu "Rəngarəng səhər" verilişində kəskin fikirlər səsləndirib.
"Meyxana ucuz sənət deyil. Necə muğam bizim milli dəyərimizdirsə, eləcə də meyxana sırf Azərbaycana aid sənətdir. Bu sənəti isə yaşadan sənətkarlar olub. Onlar hər zaman bu sənəti dəyərləndiriblər. Sən Nigar pis ola bilərsən, deyirsən ki, işlər gördüm, amma məni tanımadılar. Lakin bir dənə Tərlan Novxanı ilə duet oxudum, hamı məni tanıdı. Bu sözünü elə kinayə ilə deyir ki, sanki meyxana sənəti lazımsız bir sənətdir. Biz unutmayaq ki, müğənnilərin əksəriyyəti meyxanaçıların yazdığı mahnıları ifa edirlər. Nigarın buna görə mənə çox sağol deməsinə də ehtiyac duymuram. Nigar bizim dəyər verdiyimiz sənətçi xanımlardandır. Öz sözünü demiş, geyimi və əxlaqı ilə hörmət qazanıb. Sadəcə Nigar gərək belə danışmazdı", - deyə Tərlan vurğulayıb.
Onun bu çıxışına Şabanova səssiz qalmayıb. Əməkdar artist canlı efirə zəng edərək sərt cavab verib:
"Mənim hər zaman sərt çıxışlarım başıma bəla olur. Amma Tərlan, sənin simanda əziz olan insanlara heç zaman pis nəsə demərəm. Mən bir müddət bu hadisələrə çox pis olurdum ki, illərlə muğam oxuyasan, Azərbaycan musiqisini xarici ölkələrdə təmsil edəsən, amma səni bunlara görə deyil, meyxana janrında duet oxuduğuna görə tanısınlar?! Mənim söylədiyim o sözlərdə sənin sənətini ucuzlaşdıracaq və ya alçaldacaq cümlələr yoxdur. Heç mən onu eləmərəm, çünki sözün dəyərini bilən insanam.
Cəmiyyət içinə Şəbnəm Tovuzlu, Türkan Vəlizadə və o tərzdə oxuyan bir neçə müğənni çıxsın. Bununla yanaşı, gənc fəxri adı olan muğam ifaçıları da çıxsın. Görün, kim daha çox tanınacaq?! Bu isə bizim musiqimizin bədbəxtliyidir".
Proqramın aparıcısı Zaur Nəbioğlunun "Tərlan Novxanı ilə yenidən duet oxuyarsınız?" sualına Nigar ironiyalı cavab verib:
"Ümumiyyətlə, meyxana ifaçıları ilə bir daha duet oxumaram. Tərlan zəhmət olmasa, muğamı öyrənsin, ondan sonra duet oxuyaram".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





