SSRİ vaxtı türkdilli xalqları birləşdirən sənətkar: O, Yaponiyanın tarixinə necə düşüb? - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
28 dekabr dünya şöhrətli müğənni, xalq artisti Zeynəb Xanlarovanın doğum günüdür. Nə yazasan? Hansı sözləri ard-arda düzüb ortaya nə isə çıxara biləsən? Adının qarşısında bütün təriflər çox sönük görünəcək...
Elə bir tək adı və soyadı bundan sonra da onun haqqında yazılacaq ən gözəl fikirlərə bərabərdir. Adının qaşısında özü böyüklükdə ikinci bir söz çətin ki, tapa bilim. O, Azərbaycanın Zeynəbidir, bizim Zeynəbimizdir, dünyanın Zeynəbidir.
Milli.Az publika.az-a istinadən sənətkarla bağlı maraqlı məqamları təqdim edir.
Onun adı çəkiləndə üzlərdə gülüş, gözlərdə təbəssüm, qığılcım sezilir. Adı xoşbəxtliklə yanaşı çəkilirdi hər zaman və onun adını eşidənlər, simasını ekrandan görənlər anidən xoşbəxt olurdular. Çünki, o, oxuduğu xoşbəxt nəğmələrlə və xoşbəxtlikdən oxuduğu nəğmələrlə, gözəlliyi və zərif gülüşü, şux-şaqraq rəqsləri, sevimli ədaları, mahnılarının nikbin melodiyaları və ümid işığı ilə dolu sözlərlə bizim üçün xoşbəxtliyin gerçək görüntüsünü yaratmışdı. O, təsəvvürümüzdə sönməz bir ulduz, əvəzolunmaz əfsanə kimi canlanır hər zaman.
Zeynəb Xanlarova vaxtında, həm də sağlığında qiymətini alan xoşbəxt insanlardandır. Məşhur mahnısında dediyi kimi: "Dünyanın xoşbəxti mənəm dünyada". O, səhnəmizə hərəkətlilik və canlılıq gətirib. Zeynəb xanıma qədər ifaçılar yerlərindən tərpənmədən oxuyurdular.
"Leyli və Məcnun", "Əsli və Kərəm" operalarında Leyli və Əsli obrazlarını yaradıb. Repertuarında muğamlar, təsnif və Azərbaycan xalq mahnıları, bəstəkar mahnıları, şərq xalqlarının mahnıları geniş yer tutur. Zeynəb Xanlarova Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarından biridir.
1975-ci ildə Azərbaycan SSR xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adını alıb. Azərbaycan SSR Dövlət mükafatı laureatıdır. Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert proqramı ilə çıxış edən ilk xanım sənətçidir. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə bir neçə saat dayanmadan oxuyan müğənni də məhz odur. O, sabiq SSRİ-dən Yaponiyada konsert verən ilk müğənni kimi də bu ölkənin tarixinə düşüb.
Zeynəb Xanlarova dəhşətli Çernobıl faciəsi baş verən zaman konsertlərindən qazandığı gəlirdən böyük məbləği zərərçəkmişlərə bağışlayır və yardım siyahısında Azərbaycanın adı Zeynəb xanımın sayəsində öz layiqli yerini alır.
Hələ Sovetlər dönəmində türkdilli xalqaları öz musiqisi ətrafında birləşdirən də o olub. Zeynəbi özbək də sevir, qazax da, türkmən də, qırğız da. Azərbaycan musiqisini, mədəniyyətini dünyanın dörd bir tərəfində layiqincə təmsil edən incəsənt xadimidir Zeynəb Xanlarova.
İfa etdiyi bütün mahnılar dillər əzəbirdir. Zeynəb xanımın yaradıcılığı musiqi mədəniyyəti tarixində əvəzolunmaz mərhələdir. O, səhnəyə musiqili hərəkət, dinamika gətirdi. O, insanların qəlbinə yol tapa bildi, onları özünün musiqili sehr dünyasına cəzb edə bildi. Qəlb çırpındıran, könül sızıldadan mahnıları ilə insan qəlbinin rubab tellərini oynatmağı bacardı. Sağlığında özünə əbədi heykəl ucalda, ümumxalq sevgisi, məhəbbəti qazana bildi.
Özünəməxsus xarici görünüşü, geyim tərzi, hətta istifadə etdiyi zinət əşyaları, hər hərəkəti, mimikası ilə belə həmişə fərqləndi, ən şarmlı qadın titulunu bu günə kimi qoruyub saxlamağı da bacardı. Zamanla bir çoxları özlərini ona bənzətməyə çalışsada, nə fayda... Heç biri o olmağı bacarmadı. Bənzərsizdir, təkrarsızdır bizim Zeynəb.
Ağlımız kəsənədən bəri hər yeni ili məhz Zeynəb Xanlarovanın ifası ilə qarşılayırıq. Bu bir qaydadır, illərdir ənənəsini pozmayan, dəyişməyən qızıl qayda. Ən böyük sənətkarlar ən sonda ifa edər hər zaman. Biz onu məhz belə görüb, belə sevmişik. Kim nə deyir desin, haqqında müxtəlif fikirlər səsləndirilsə belə Zeynəb Zeynəbdir. Özü də bir tək bizim yox, dünyanın ən xoşbəxt Zeynəbidir. Doğum gününüz mübarək, əfsanə qadın.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





