“200 min borcum var idi”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Aktyor Müşviq Şahverdiyev bir müddət külli miqdarda borcunun olduğunu açıqlayıb.
Milli.Az olay-a istinadən yazır ki, bu barədə o, "Zarafat bir yana" verilişində açıqlama verib. Müşviq deyib ki, illər əvvəl 200 min manatdan çox borcu olub:
"2015-17-ci illərdə böyük fırtına oldu. 200 min manatdan çox borcum var idi. Mən onda bir film çəkdim. Əslində isə işlərim gül kimi gedirdi, yaxşı qazanırdım. Dəstək oldular, "My name is İntiqam" filmini çəkdim. O film elə partlayış etdi ki, ikinci-üçüncüsü üçün zəmin yarandı. Biz növbəti filmi hazırlayanda birinciyə xərclədiyimizdən 2-3 qat artıq pul xərclədim. Seçimimiz Moldova oldu, orada da manatla xərcləmək olmur. Ona görə dollarla pul götürdüm. Biz getdik, filmi çəkdik.
Montajda olanda devalvasiya oldu. Film kinoteatrlara təqdim olunan qədər ikinci dəfə devalivasiya oldu. Dollarla aldığım pul 2-3 qatına çıxdı. Mən evimi də dollarla kreditə almışdım. Onun da borcu artdı. Film də özünü doğrultmadı, pul az gəldi. İnvestorun qoyduğu pul artdı. Haradasa 200 min manatı ödəmək üçün maşınımı satdım, kredit götürdüm. Qızıllarımıza qədər satdıq. Bir gün maşının içində oturdum ki, bu vəziyyətdən necə çıxmaq olar? Özümlə danışdım, yollar tapıdm, Allah əl-ayaq verib, gecə-gündüz işləyəcəm. Niyə özümü öldürüməliyəm? O iki il çox çətin keçdi. Haradasa 2 saat yatırdım. Filmin çəkilişi səhərə yaxın bitirdi, gedib veriliş çəkirdim, oradan çıxıb yeni film çəkilişinə qayıdırdım. O pulları qaytardım, yeni ev aldım, ürəyim istəyən maşını da aldım. Hər şeyi yoluna qoydum. O günlər mənim üçün dərsdi. Başqalarına da örnək olsun ki, dərhal qərar verməyin ki, borcum var, öldüm mən".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





