Özünü kirayələr kraliçası adlandıran aktrisadan sərt sözlər: “Pərvinin şəxsi həyatı..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Kirayələr kraliçasıyam. Ən böyük səhvim bu sənətə gəlmək olub. Əslində hərbçi olmalıydım. Dedilər ki, bu sahə yaxşıdır, əlçatmazdır, məni yönəltdilər. Amma gəlməli deyildim. Çox əziyyət çəkirəm. Uşaqlar böyüyüb məni keçiblər, öz otaqları, yataqları yoxdur. İstədiyin şəraiti düzətməyə əlin gəlmir, deyirsən ki, camaatın evidir. Kirayənin vaxtı elə tez gəlib çatır ki. Bu ayı verirsən, o biri ay gəlir. Nə etsən də kirayədir də. Yığırsan, yığışdırırsan, amma sənin deyil. Mənim bir evim olacaq, o da məzar. Hələ qismət olsa. O da hər adama qismət olmur"
Bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram teatrının aktrisası Mətanət Eres deyib. O daha sonra əlavə edib.
"Bu sənətdə təmiz qalıb, vicdanla çalışıb, nələrdənsə keçməyib öz gücünə, quru maaşa işləmək asan iş deyil. Hər adam bunlara dözmür. Ona görə də 30 ildir işləyirəm, nə adım var, nə də evim. Bəzən deyirlər ki, filankəs tiktokdan pul qazanır. O əgər bacarırsa, niyə də yox? Aktrisaların tiktokdan pul qazanmasını görməmişəm. Təkcə Pərvin Abıyeva aktiv tiktok istifadəçisidir. Mən onun xətrini çox istəyirəm, bir filmdə də çəkilmişik. Çoxundan da mərddir, sözübütöv qızdır. Onun şəxsi həyatının mənə aidiyyatı yoxdur, maraqlı deyil. O bəzi aktrisalardan da yaxşı oynayır. Pərvin aktrisadır, amma bəzi aktrisa olmaq istəyən cığazlar bizim sənətimizə əl atır. Onlar ələnib gedəcəklər. Sabah sosial şəbəkələr bağlansa onları harada görəcəyik? Heç yerdə. Onsuz da aktrisalar ömür-billah qara bəxt olublar. Əslində əxlaqsız hər sahədə var, biz sadəcə göz önündə olanlarıq. Sabah bir həkimi, bir müəlliməni populyar et, efirə çıxar artıq başlayacaqlar onun haqqında da danışmağa. Qarışqanı fil edib danışmaq millətin canında, qanında var. Fakt tanıdığım, əlimin içi kimi bildiyim adam üçün elə sözlər deyiblər ki, quruyub qalmışam. Dayanıb baxmışam ki, bu nələr danışır? Haqqına girənlər də var, haqqı olanlar da. Sosial şəbəkələrdə elə görüntülər qabağımıza çıxır ki. Onlar ki, aktrisa deyil! O artıq insanın qanında, canında olmalıdır. Adamın adı çıxınca, canı çıxsın" deyə aktrisa bildirib.
Aktris Laçında yaşamaq istədiyini bildirib.
"İşlə bağlı Laçında tez-tez gedib gəlirəm. İnanın ki, heç Bakıya qayıtmaq istəmirəm. Laçının səhərləri də, axşamları da tamam başqa olur. Laçında insan başqa cür nəfəs alır. Ora üçün ölürəm. Laçında xoşbəxt oluram. Atamı hələ də apara bilməmişəm, səhhəti o qədər də yaxşı deyil. Gözü yaxşı görmür, qulağı zəif eşidir. İnşallah ki, qismət olsa bir gün onu da doğma torpağına aparacam" deyə aktrisa bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





