Şou-biznes

Miro Gəncədə PROBLEMLƏ ÜZLƏŞDİ: "Zal dolu insan və mən..." - FOTO

23 Dekabr 2023 20:35
Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xəbər verdiyimiz kimi, güclü küləyin yaratdığı fəsadlar nəticəsində Gəncə şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilməsi dayandırılıb. Yaxın rayonlarda da bəzi ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Azərbaycanın sevilən siması, Miro kimi tanınan Məhəmməd İsgəndərov da Gəncədə problemlə üzləşib.

Belə ki, o, işıqların sönməsi səbəbindən Gəncə Dövlət Filarmoniyasında çıxış edə bilmir.

"Instagram" hesabının hekayə bölməsində paylaşım edən sənətçi, konsert zalında çox sayda insanın qaranlıqda qaldığını qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.