Efirdə Şəbnəmlər arasında mübahisə: "Boş-bekar adamdır, oturub evdə"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Şəbnəm Tapdıqla müğənni Şəbnəm Tovuzlu arasında verilişdə gərgin anlar yaşanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Tarixin bir günü" verilişinə gələn Şəbnəm Tapdığın onu məhkəməyə verməsindən danışıb.
Ş.Tapdıq studiyaya zəng edərək "Heç kimə deməmişəm ki, adını dəyiş. Şəbnəm adını təxəllüs kimi patentləşdirmişəm. Bunun kiməsə dəxlisi var? Özüm üçün öz adımın önünə "ilk" sözünü qoydum ki, digər Şəbnəmlərlə qarışmayım. Siz də bunu əlinizdə bayraq edib, danışırsınız. İnsanları mənim əleyhimə qoymayın. Sosial şəbəkələrdə onları üstümə qaldırıb, məni söydürürsünüzsə, onun 148-ci maddəsi var" sözlərini söyləyib.
O, proqramın aparıcısı Tarix Əliyevə (Tolik) onunla bağlı müzakirə aparmasını irad bildirib.
Tolik isə Ş.Tapdığı insanları aldatmaqda günahlandırıb:
"Siz mənə zəng vurub dediniz, əlimdə fakt var ki, Şəbnəm Tovuzlu haradasa deyib, mənim anam Şəbnəm Tapdıqla rəfiqə olub. Bu, absurddur. Siz 3 gün Elgiz Əkbərin verilişinə ayaq döydünüz, amma bu faktları üzə çıxara bilmədiniz. Şəbnəm Tovuzlu hər zaman deyib ki, mənim atam Şəbnəm Tapdığın sənətini sevdiyinə görə mənə Şəbnəm adını verib. Amma Şəbnəm heç anasını belə görə bilməyib. O nə bilərdi ki, anası kimlə rəfiqə olub?".
Şəbnəm Tovuzlu isə "Sizə acı sözüm olub və ya sizə pis davranış göstərmişəm? Hər zaman sizə hörmətlə davranmışam. Hər zaman demişəm ki, sizə böyük hörmətim var. Demisiniz ki, ilk Şəbnəm mənəm, artıq bu adla bağlı danışmağa utanıram. Hər zaman sizə demişəm ki, ailəm sizi və sənətinizi sevdiyi üçün mənə Şəbnəm adını qoyublar. Amma bunu deməyə də bilərdim. Düşünürsünüz ki, hamı məni sevir, gözəl mahnıları və böyük tamaşaçı kütləsi var. Amma əgər məni məhkəmə vermək istəyirinizsə, verin. Mən də o məhkəməyə gələcəyəm. Sizin haqqınızda heç bir efirdə heç nə deməmişəm. Ayıbdır. Belə şeylər sizin adınıza və mərhum atanızın adına yaraşmır. Düşmənsiniz mənə? Bitməyəcək bu söhbətlər? Boş-bekar adamdır, oturub evdə" deyə, cavab verib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





