Bu il itirdiyimiz məşhurlar - ADLAR
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2023-cü ilin əvvəlindən bugünədək Azərbaycanda bir çox məşhur müxtəlif səbəblərdən dünyasını dəyişib.
Milli.Az sfera.az-a istinadən bu il vəfat edən tanınmışların adlarını təqdim edir:
2023-cü ildə səs-küy yaradan ölüm xəbərlərindən biri Məşədi Dadaş Məscidinin imamı Hacı Şahin Həsənli ilə bağlı olub. O, səhər 5 radələrində Yasamal rayonunda yerləşən evində ürəktutmadan dünyasını dəyişib və Yasamal qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi idi.
Əməkdar artisti Tünzalə Əliyeva uzun sürən xərçəng xəstəliyindən sonra bu il vəfat edib. Bir sıra televiziya verilişlərinin aparıcısı kimi də fəaliyyət göstərən aktrisa "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Bu il dünyasını dəyişən məşhurlar sırasında Xalq artisti Azərpaşa Nemətov da var. O, aprelin 9-da, ömrünün 76-cı ilində vəfat edib. 1991-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqına da rəhbərlik edən Azər Paşa Nemətovun fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Teatr sənəti sahəsində xidmətlərinə görə, 1987-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə Xalq artisti fəxri adlarına, 2007-ci ildə "Şöhrət", 2022-ci ildə "Şərəf" ordenlərinə layiq görülüb.
2023-cü ildə aktyor, Xalq artisti Ramiz Novruzu da itirdik. O, 67 yaşında dünyasını dəyişib. Ramiz Novruzov 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1998-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb. Qeyd edək ki, sənətkar xərçəng xəstəliyindən əziyyət çəkirdi.
İlin ən səs-küylü xəbərlərindən biri də millət vəkili Qənirə Paşayevanın vəfatı olub. O, müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. Deputat İkinci Fəxri xiyabanda dəfn olunub.
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissor Oqtay Əliyev bu il yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Belə ki, onun idarə etdiyi "Toyota Lexus" markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, Əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb. O.Əliyev "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Ötən günlərdə teatr və kino aktyoru, Xalq artisti Ramiz Məlik də dünyasını dəyişib. Xərçəng xəstəliyindən 80 yaşında vəfat edən sənətçi İkinci Fəxri xiyabanda dəfn olunub.
Bu il vəfat edən məşhurlar sırasında tanınmış qarmon ifaçısı, Xalq artisti Aftandil İsrafilovun da adı var. O, dinləyicilərin qəlbində silinməz izlər buraxmış "Zemfira", "Kəmalə", "Nazilə", "Aynurə", "Jalə", "Basqalı" kimi 100-ə qədər musiqi havasının müəllifidir. Xalq artisti İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
"Əhməd haradadır" filmindən "sürücü Əhməd" kimi tanınan, Əməkdar artist Elxan Qasımov da bu il dünyasını dəyişib. Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı. O, Xırdalan qəbiristanlığında oğlu Samir Qasımovun yanında dəfn olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik
-
İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək





