“Sezen Aksuya bənzəyirdim, plastik əməliyyatdan sonra efirə çıxacam” - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O bir zamanların ən məşhur müğənnilərindən biri idi.
Milli.Az xəbər verir ki, moderator.az uzun müddətdir efirlərdən və sənətdən uzaq düşən müğənni Roza Rəhimlinin axtarışına çıxıb.
Nəhayət ki, çətinliklə də olsa müğənnini tapa bildik. Ona ilk sualımız da elə sənətdən uzaq düşməsi ilə bağlı oldu:
"Mən yalan danışmağı sevmirəm, düsürtəm. Nəyəmsə odur. Sənətdən getməyimə bir çox səbəb var. Günahların hamısı özümdə olub. Zəmanə dəyişdi, bir az ayaqlaşa bilmədim. Kaş bu səhvləri etməzdim. Məni heç kim yıxmayıb, sənətdə düşmənim də yoxdur. Bütün sənət yoldaşlarım məni sevir. Dostlarımın bir çoxu dünyasını dəyişib. Səməd Səmədov, Zöhrə Abdullayeva, Səyyad Əlizadə, Aslan Hüseynov və s. rəhmətə getdi. Hələ də onların ölümünə inanmıram. Birdəfəlik sənətdən getməmişəm, sadəcə bir az fasilə vermişəm. Üzümdə plastik əməliyyatlar etdirməliyəm ki, efirlərə, səhnəyə qayıda bilim. Səhnəyə hər zaman gözəl görünüşdə çıxmışam. Birdən-birə bu görkəmdə çıxsam tamaşaçılarım məni qınayar. Özüm də utanaram. İndi hamı plastik əməliyyat etdirir. Təkcə üzdə yox, bədənşəkilləndirmə əməliyyatları da etdirirlər. Onları qınamıram, bu lazımdır. Bunları edəndən sonra sənətə qayıdacam. Düşünsəm ki, nə vaxt geri qayıtmayacam ürəyim partlayar, o an ölərəm. Məni sevənlərə sizin vasitənizlə salamlarımı söyləyirəm" deyə müğənni bildirib.
Roza Rəhimli ailə həyatı qurub, Türkiyədə yaşadığını bildirib.
"Türkiyədə yaşayıram, ailə həyatı qurmuşam. Azərbaycandakı evim də qalıb, birdəfəlik köçməmişəm. Yay ayında Bakıda idim. İkinci dəfə ailə həyatı qurduğum üçün peşman deyiləm. Normal yaşayırıq. Həyat yoldaşım türk vətəndaşıdır. Sənətimə qarşı çıxmır. Deyir ki, "bacarırsansa sənətə yenidən qayıt". O mənə mane olmur" deyə müğənni bildirib.
Roza Rəhimli bildirib ki, onu müğənni Sezen Aksuya bənzədənlər də az olmayıb.
"Mən Sezen Aksuya bənzəmirdim, o mənə bənzəyirdi (gülür). Əlbəttə ki, zarafat edirəm. O yaşlandı, bir az dəyişdi. Amma gəncliyimizdə bənzəyirdik. Bu da Allahdandır. Həmin saç düzümü o illərdə dəbdə idi. "Qəm karvanı" adlı klip çəkdirmişdim. Orda daha çox bənzəyirik. Kliplərimin bir çoxunu mənə vermədilər. Eldar Mansurov orada işdən çıxandan sonra başıma oyun açdılar. Nə qədər pul təklif etdim ki, kliplərimi verin, yenə də vermədilər. 1996-cı ildə "Böyle ayrılık olmaz" adlı bir türk mahnısı oxudum. O qədər məşhurlaşdım, o qədər kasetlərim satıldı ki. Məndən sonra bu mahnını çox adam oxudu, amma o vaxt ilk mən müraciət etmişdim. Türk boğazları bir başqadır, hər kəs oxuya bilmir. Baloğlan Əşrəfovla 1 ay Türkmənistanda konsertlər vermişəm. Bir dəfə də toyda idim. Mirzə Babayev də, Simarə İmanova da, Qədir Rüstəmov da orada idi. Mikrofonu götürüb "Sən ağlama" adlı türk mahnısını oxudum. Qədir Rüstəmov gördüm ki, mən tərəfə gəlir. Fikirləşdim ki, yəqin pis oxumuşam, hamının yanında məni biyabır edəcək. Gəlib alnımdan öpüb dedi ki, "oxumaq belə olar". Ürəyi yumşağlığımdan başına gəlməyən qalmadı. Evimə gəlib yeni yazılan mahnılarımı oğurlayıb gedib özləri oxuyurdular. Özüm-özümün düşməniyəm. Elə bir müğənni yox idi ki, onlarla səhnəyə çıxmayım. Amma təəssüf edirəm ki, o illərdəki konsertlərimin kasetlərini hələ də paxıllıq ucbatından mənə vermirlər. Məni belə şeylər yıxdı" deyə müğənni bildirib.
Roza Rəhimli bildirib ki, vaxtilə efirlərə pul xərləyib.
"Açıq etiraf edim ki, bəzi efirlərə pul xərcləmişəm. Özü də n qədər. Amma pulsuz dəvət edənlər də olub. Zaur Kamalın verilişinə çox çıxmaq istəyirdim, nəsə qəbul etmədi. Canı sağ olsun! Guya o verilişə məndən yaxşı oxuyanlar çıxır?! Çox sirrləri də bilmirəm. Bütün telekanallara çıxmışam" deyə müğənni bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula 2": Aleks Dann növbəti dəfə Bakıda qalib olub - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır
-
Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb
-
Əgər azərbaycanlı olsaydım, mən də İlham Əliyevə səs verərdim - “Global Infrastructure Partners”in təsisçisi
-
Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - Bu sikkə 4 min manata satılıb - (Foto/Video)
-
Prezident İlham Əliyev: Otuz ildən çoxdur Azərbaycanda siyasi və iqtisadi sabitlik hökm sürür
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Prezident İlham Əliyev: Regionumuzda geosiyasi vəziyyət dəyişsə, biz təchizatçılar üçün yenə də çox cəlbedici olacağıq
-
Prezident İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin fəal iştirakçısıdır
-
Prezident İlham Əliyev: Neft-qaz yenə də bizim iqtisadiyyatımızın önəmli hissəsidir





