Şou-biznes

Sevgillisi qızlara baxdığı üçün məşhur reperi döydü

17 Dekabr 2023 12:38
Baxış: 769
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Reper Yailin La Mss Viral həmkarı və sevgilisi  "Tekashi 6ix9ine"a (Deniel Ernandes) hücum etdikdən sonra həbs edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu barədə Deniel özü məlumat yayıb. Reperin sözlərinə görə, Yailin onu başqa qızlara baxmaqda ittiham edib:

"Mən kənara çəkilmək istədim ki, sakitləşsin. Amma o mənimlə döyüşməyə başladı. Saçımdan tutub, başımı maşınıma çırpdı. Yan güzgümü və şüşələri sındırdı. Polisə zəng etmək istədim, amma taxta ilə vuraraq telefonu əlimdən aldı".

Yailin artıq 9 min dollar girov müqabilində sərbəst buraxılıb. Reperin vəkili ona qarşı irəli sürülən ittihamların götürüləcəyinə inanır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.