Afaq Bəşirqızı zəng vurub onun efirdən çıxmasını tələb etdi - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xalq artisti Afaq Bəşirqızı "Səni axtarıram" verilişinə zəng vuraraq efirə çıxarılan qadını tənqid atəşinə tutub.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, aktrisa canlı yayım zamanı birbaşa aparıcı Xoşqədəm Hidayətqızının telefonuna zəng vurub.
O, şikayət üçün studiyaya gələn qadının dərhal efirdən qovulmasını tələb edib:
"Xoşqədəm, sənə fiziki güc və səbir arzulayıram. Mənim kimi səbirli adam dözə bilmədim və sənə zəng etdim. Xoşqədəm, səndən çox xahiş edirəm, qurban olum, o qadını efirdən götür. Azərbaycan xalqının qadınları, qızları Gülxanımdan tərbiyə götürə bilməz! İki gün idi studiyaya gəlirdi, üçüncü gün isə o qız restoranda idi. Bundan nə gözləyirəm?!
Mən Şabranın aidiyyəti qurumlarında işləyənlərə, oranın camaatına yaxşı bələdəm, onlar həmyerlilərimdir. Gülxanım hamını aldada bilər, amma mənə deyə bilməz ki, Şabrana niyə qayıtmır!
Gülxanım çox gözəl bilir ki, Bakı şəhərində 500 manata 3 uşaqla, özü də kirayədə qalaraq dolanmaq olmaz. Sağ olsun, kimsə ona 700 manatlıq iş verib. O qızın işini düzəltdiniz, vəsallam, indi qalsın Bakıda. Qoy getsin uşaqlarını da gətirsin, 700 manatla Bakıda o çəkmələrlə, o paltarla baş çıxartsın! Görüm nə edəcək. Hər gün bir paltarda, bir qolbaqda efirə çıxır. Ona başa salın ki, taxdığı sırğalar da hər paltarla getmir.
Xoşqədəm, səndən xahiş edirəm, artıq əsəblərimiz dözmür! Uşaqlarımızın tərbiyəsi pozulur, onsuz da pis gündəyik. Xahiş edirəm, o qızı efirdən götür, bütün əsəblərimiz tarıma çəkilib!"
Xoşqədəm Hidayətqızı isə cavabında qadının yox uşaqların yanında olduğunu, onları Bakıya gətirtmək istədiyini bildirib:
"Afaq xanım, bir halda ki, siz mənə zəng etdiniz, mən açıb deyirəm, uşaqlar atanın yanında yara töküb. Mən Gülxanımın yox, uşaqların yanındayam. İstəyirəm ki, onlar ananın yanına gəlsin, çünki atalarının yanında onlara baxan yoxdur".
Aktrisa yenidən əsəbiləşərək ananın uşaqlara baxmayacağını iddia edib:
"Gülxanım uşaqlara baxan deyil, baxmayacaq, o ancaq özünə baxır! 15 gündür efirdədir, qaşına bir dənə tük belə çıxmayıb. O, ancaq özünü saxlayır. Sən uşaqlara baxsaydın, onlar bu qədər tezliklə yara tökməzdi!"
Sözügedən kadrları təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





