“O xalq artistlərinin hünəri çatmırdı ki...” - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Əməkdar artist Tahir İmanov "Məhəllə" filminin üçüncü hissəsinin bəyənilmədiyini iddia edənlərə cavab verib.
Milli.Az "yenisabah"a istinadən xəbər verir ki, "YouTube"da yayımlanan "Gilavar" layihəsində qonaq olan sənətçi ekran işində sponsor reklamlarının çox olmasının səbəbini də açıqlayıb:
"Filmdə reklamların çox olması zamanın tələbidir. Keçmiş dövrün sponsorları başqa cür idi, onlar demək olar ki, hər şeyi təmənnasız edirdilər. Elə sponsor olurdu ki, deyirdi, pulu götürün, sizi çox istəyirəm, amma adımı çəkməyin.
Amma indi sponsorla danışırsan, ordan çıxanda elə bilirsən ki, artıq sponsor səninlə evlənib. Deyir ki, filan şeyi isdəyirəm, adım 4 dəfə çəkilsin, loqo 15 dəfə göstərilsin, qapı açılanda loqomuz görünsün, bağlananda qapıda dayanan xanımın geydiyi maykada loqomuz olsun. Əgər "bu düzgün deyil" deyirsənsə, onda pul qazanma, ailəni dolandırma.
O ki qaldı "Məhəllə-3"ə, bu film haqda fikirlər müxtəlifdir. 25-30 nəfərin xoşuna gəlməyə bilər, bu, onların şəxsi fikridir, hörmətlə yanaşıram".
T. İmanovun sözlərinə görə, "Məhəllə" filminin üçüncü hissəsi tamaşaçılar tərəfindən kifayət qədər sevilib:
"Mənim üçün göstərici Heydər Əliyev Sarayında film nümayiş ediləndə idi. Nümayişdən 1 saat sonra heyət olaraq səhnəyə çıxdıq. Həm alqışlar dayanmırdı, həm də filmə gələnlər bizimlə şəkil çəkdirmək istəyirdilər. Tamaşaçı alqışı, tamaşaçı gülüşü ən böyük göstəricidir".
"Bakılı oğlan" "Məhəllə" filminin birinci hissəsi çəkildiyi vaxt çoxsaylı tənqidlə üzləşdiyini etiraf edib:
"Məhəllə-1" çəkiləndə Azərbaycanda sosial şəbəkələr hələ yox idi, amma rəngli jurnallar, müxtəlif qəzetlər vardı. Film çıxandan sonra 10 jurnaldan 9-da film haqqında tənqidlər vardı. "Məhəllə - Azərbaycan kinosunun sonu", "Məhəllə - Azərbaycan kinosunun faciəsi" başlıqlı məqalələr dərc olunurdu. İndi ad çəkmək istəmirəm, amma həmin vaxt xalq artistləri də bu tip danışırdılar. Halbuki bizim "yiyəmiz" olanda onları danışmağa belə hünəri çatmırdı. Yiyəsiz qalan kimi başladılar bizi tapdalamağa, bu cür sözlə deməyə.
Bizi çox yaxşı tanıyırdılar, ən azı zəng edib iradlarını telefonla deyə bilərdilər. Şəxsən mən belə edirəm. Mənim üçün hansısa sayt, hansısa sosial şəbəkə öz mövqeyimi bildirmək üçün vasitə deyil. Məsəl var, sözün varsa, get kişinin üzünə de. İndi həmin Xalq artistləri yenidən bizi qucaqlayıb öpürlər. Bu ikiüzlülükdür, yaxud üçüzlülükdür, - heç özüm də bilmirəm.
"Məhəllə -1"in çəkilməsindən 5-6 il keçəndən sonra ondan şedevr deyə bəhs edirdilər. Amma özüm o filmə şedevr demərəm, elə səhnələri vardı ki. çox bəsit çəkilmişdi, çünki büdcəmiz yox idi. Cəmi 17 min dollar büdcə ilə çəkilmişdi".
Qeyd edək ki, sözügedən filmin birinci hissəsi 2003-cü ildə geniş auditoriyaya təqdim olunub. Ekran əsəri kiçik bir məhəllə və bu məhəllənin sakinlərinin başına gələn məzəli əhvalatlardan danışır. Hadisələr Tofiqin (Coşqun Rəhimov) əsgərlikdən qayıtması ilə başlayır.
Bir il sonra - 2004-cü ildə "Məhəllə"nin ikinci hissəsi tamaşaçıların ixtiyarına verilib. Film dahi sənətkar, səhnəmizin korifeyi, Azərbaycanın Xalq artisti, əvəzolunmaz Nəsibə Zeynalovanın əziz xatirəsinə həsr olunmuşdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





