ABŞ-də 10 evi olan fenomen aylıq qazancını açıqladı - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dilan Polatın həbsindən sonra araşdırılan fenomenlər arasında olan və Amerikada 10 evi olduğu üçün tez-tez adı hallanan Eylül Öztürk aylıq qazancını açıqlayıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Engin və Dilan Polat cütlüyü çirkli pulların yuyulması və vergidən yayınma ittihamları ilə həbs edildikdən sonra, aralarında Eylül Öztürk də daxil olmaqla bir çox nüfuzlu şəxsə qarşı istintaq başladılıb və mal varlıqlarına əl qoyulub.
Uzun müddətdir xaricdə yaşayan və Amerikada 10 evi olan Eylül Öztürk yayımladığı videoda aylıq gəlirinin bəzi dövrlərdə 2 milyon TL-ni keçdiyini bildirib.
Ona qarşı irəli sürülən ittihamlardan sonra "YouTube" kanalında video yayımlayan Eylül Öztürk elektron ticarət şirkətindən qazancını sadalayıb. İzləyicilərindən üzr istəyən və görüntüləri yayımlayan fenomen : "Hekayələrimdən birinin orta gündəlik izlənilmə nisbəti 816 mindir. Gündə ən az 5 fərqli markadan reklam təklifi alıram. Qəbul etmək və ya rədd etmək mənim qərarımdır. Brend işbirliklərində etibarlı insanam. İstifadə etmədiyim bir məhsulu tövsiyə etmirəm. Heç vaxt insanları aldatmamışam. Mən sizin üçün əlimdən gələni etdim. Bu gün bir televiziya kanalından daha çox baxılan birini görürsünüz" deyib.
Fenomen açıqlamasına "Bu günə qədər heç kimlə paylaşmamışam, amma aylıq qazancımı sizinlə bölüşəcəm. Kaş ki, sizin üçün bir şey edə biləydim. Bunu göstərməliyəm. Artıq bu sənədləri dövlətə təqdim etmişəm . Ötən il dekabrın 1-dən dekabrın 31-dək 626 min 490 nəfəri elektron ticarət platformasına gətirmişəm, 21 min 925 nəfər isə alış-veriş edib. Həmin ay əməkdaşlıqlardan 216 min lirə qazandım. Linklər verməklə bu platformaya 1 milyon 127 min lirə dövriyyə etdim. Bunun müqabilində ümumilikdə 384 min 815 lirə qazandım" deyə əlavə edib.
Fidan
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





