Nazirlikdən rus dilində keçirilən tədbirə - Reaksiya - VİDEO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ötən gün Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Yaradıcı Həftə" çərçivəsində keçirilən Azərbaycan Moda Həftəsində ("Azerbaijan Fashion Week") xoşagəlməz anlar yaşanıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirə dəvət olunan qonaqlardan bəziləri əyləşməyə yer tapmayıblar və bir çoxu narazı şəkildə zalı tərk etməli olub.
Əsas məqam isə tədbirin rus dilində keçirilməsi olub ki, bu da zalda əyləşən və bu dili bilməyənlərin etirazına səbəb olub. Dövlət dilinin ikinci planda qalması müzakirələrə səbəb olub.
Bundan başqa, tədbir üçün əvvəlcədən akkredetasiyadan keçmiş media nümayəndələrinə də hörmətsizlik edilib. Əvvəlcə könüllülər onları zala buraxmaq istəməyib, daha sonra isə təşkilatçılar media nümayəndələrini 3-cü və 4-cü sıralarda əyləşdirib. Bir qədər sonra isə həmin sıralara bilet alanlar gələrək jurnalistləri oradan durğuzub. Bu səbəbdən jurnalistlərin bir qismi bunu hörmətsizlik hesab edərək tədbiri tərk edib. Ön sıralarda isə bu sahəyə aidiyyəti olmayan tanınmışlar əyləşdirilib.
Nazirliyin tədbirə məsul şəxs kimi təyin etdiyi Gülnarə İmanova isə jurnalistlərin haqlı etirazını eşitmək istəməyib, nazirlik əməkdaşlarının onunla əlaqə saxlaya bilməmələri üçün telefonunu söndürüb.
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanladıq. Qurumun Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov məsələyə belə münasibət bildirdi: "Yaradıcı Həftə"nin keçirilməsinin məqsədi həm də ekosistem oyunçularına dəstək verməkdir. Bu mənada, il ərzində fəallıq göstərən, yeni fəaliyyətə başlayan eko-sistem nümayəndələri Mədəniyyət Nazirliyinə müraciət edərək yaradıcı həftə çərçivəsində tədbir keçirməyə haqq qazanıb və özləri də tədbirlərini keçiriblər. Ona görə də tədbirin detalları, dil seçimi və s. keçirilməsi məsələsi onların öz daxili qərarlarıdır. Bununla bağlı təşkilatçılara müraciət etməyiniz daha doğru olar".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





