“O videomdan sonra işdən çıxarıldım” - Azərbaycanlı aparıcı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir müddət əvvəl "Rəngarəng" verilişinin aparıcısı Zaur Nəbioğlu ilə qalmaqal yaşayan Ellada Eyvazova "MTV Azərbaycan"dakı işindən azad olunub.
Milli.Az bildirir ki, bu barədə OLAY-a aparıcı özü məlumat verib. Ellada bildirib ki, səbəbsiz şəkildə "10-da görüşək" verilişinin heyətindən çıxarılıb:
"Sözün düzü, səbəbsiz oldu. "Rəngarəng" verilişi ilə olan qalmaqaldan sonra bu baş verdiyi üçün elə düşünmək olar. Amma əlimdə bir fakt yoxdu. Bu söhbət açılmadı, mənə heç bir səbəb bildirilmədi. Mənə deyildi ki, büdcə ilə bağlı problem var. Ona görə uzaqlaşdırılmışam. Amma biz kanaldan aldığımız maaşla dolanmırıq. Səhnələrimizdən, reklamlarımızdan ödənişlər alırıq. Mən efirə maaşa görə yox, işimi sevdiyim üçün çıxıram. Aparıcılıq mənə ayrı cür zövq verir. Ona görə mənə deyiləndə ki, maaş verə bilməyəcəklər, bunu bir səbəb kimi qəbul etmədim. Çünki aldığım maaş çox cüzi miqdardadır. Hansı ki, efirə gəlib çıxmağımın ümumi xərci benzin pulunu qarşılamır. Mənə desəydilər ki, maaş verə bilmirik, bir neçə aylıq əməkdaşlıq edə bilərsən, Samir Bayramlının da xətrini istəyirəm, dostluğumuz, birgə işlərimiz var, o da gözəl bilir ki, biz bunu edərdik. Çünki o da, mən də maaşa görə çalışmırıq. Efirdə sponsorlarım yoxdur. Sosial media hesablarımda reklamlarım var. Gəlirim də instaqramdakı əməkdaşlıqlarımdan və ifalarımdandır. Bu söhbətlər instaqramda şikayətimi paylaşdıqdan sonra baş verdi. O səbəbdəndir, ya deyil. Hər kəs bir fikrə gələ bilər.
Baş verənlər hər kəsin həyatına təsir göstərir. Efirdə boynuma atılan yalan və şər-böhtan öz təsirini tapmalı idi. Bu, mənim həm şəxsi həyatıma təsir göstərir, həm də karyerama. Sosial şəbəkələrdəki satirik mövzularda videolarımın heç bir əks-təsiri olmayıb. Lakin bu məsələnin səhəri işimdən uzaqlaşdırıldım. Hansı ki, maaş heç bir şəkildə səbəb ola bilməzdi. Mən də detallara girmədən uzaqlaşdım.
Bunun təsadüf olub-olmadığını bilmirəm. Hər bir şey öz yerini tapır, yəqin ki, bu da tapacaq, əsaslanacaq. İnsan düşünməli idi ki, kiməsə şər atıramsa, böhtanla gənc simanı, subay xanımı ləkələyirəmsə, bunun təsirləri ola bilər. Təəssüflər olsun ki, o, düşünmədi ki, reytinq üçün etdikləri qarşı tərəfi pis vəziyyətdə qoyacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq





