Cüneyt Arkının 50 ildir görmədiyi qızının miras qalmaqalı böyüyür - Ediz Hun şahid oldu
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yeşilçamın əfsanəvi və mərhum aktyoru Cüneyt Arkının 2009-cu ildə hazırladığı vəsiyyətinə onun ilk evliliyindən olan və 50 ildir görmədiyi qızı Filiz Cüreklibatır etiraz edib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Filiz ögey anası Betül Cüreklibatır və qardaşları Murat Cüreklibatır, Kaan Polat Cüreklibatırı mirasdan əmlak oğurladığı iddiası ilə məhkəməyə verib. O mirasın bərabər bölünməsini tələb edib.
Filiz Cüreklibatır bildirib ki, ona əvvəllər vəd edilən miras payı heç vaxt verilməyib.
İstanbul Asliye Məhkəməsində baş tutan iddiaya görə, Cüneyt Arkın qızına Leventdə daşınmaz əmlakı olduğunu, həyat yoldaşının təzyiqi ilə onu oğullarına və həyat yoldaşına bağışlayacağını deyib.
İlk məhkəmədə Cüneyt Arkının birinci həyat yoldaşı Gülər Mocan qızı adına ifadə verib.
"Qızım 30 yaşlarının sonlarına doğru atası ilə görüşməyə başladı. Betül xanım Cüneytin qızımla görüşməsini istəmədi. Hətta onu qapıdan qovdu. 1984-cü ildə aliment iddiası qaldıranda mən də müstəntiq tutdum. Cüneyt Arkının bir çox mal varlığını müəyyən etdik"- deyə Mocan bildirib.
Prosesdə şahid qismində əfsanəvi Yeşilcam aktyoru Ediz Hun və İlkim Karaca da ifadə verib.

Ediz Hun açıqlamasında bunları deyib:
"Yeşilçamda bizim dövrümüzdə indiki kimi astronomik maaşlar verilmirdi. Dörd il işlədikdən sonra ancaq ev ala bildik. Həyat yoldaşı Betül xanım Cüneyt son anına kimi yalnız buraxmadı. Cüneyt əzilən və ya hər hansı təzyiqə məruz qalacaq biri deyildi. Ailəsindən heç bir təzyiqə məruz qalmadı".

Cem Karacanın həyat yoldaşı İlkim Karaca Filizi daha öncə görmədiyini etiraf edib:
"Cüneyt bəy 1974-cü ildən bəri bizim yay qonşumuzdur. Onun qızı Filiz haqqında danışdığını eşitməmişəm. Cüneyt Arkının qızı Filizi ilk dəfədir burada görürəm. Betül xanım isə son anına qədər Cüneyt bəyin yanında idi".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Azərbaycan məscidinə erməni şairin adı verildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)





