Məşhurlar Qarabağa qayıdır - “Köçün başlamasını səbirsizliklə gözləyirik”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşğaldan azad edilən torpaqlarımızda sürətli şəkildə yenidənqurma və abadlıq işləri görülür. Artıq minlərlə əhali dədə-baba torpaqlarına qovuşmağın sevincini yaşayır. Qarabağ eli artıq öz obasında məskunlaşır. Hər kəs kimi tanınmış simalar da əzəli və əbədi yurd yerlərinə qayıtmaq istəyir.
Milli.Az bildirir ki, məhşur simaların bir qismi mövzu ilə bağlı düşüncələrini "Yeni Sabah"la bölüşüb.
Xalq artisti Mənsum İbrahimov bildirib ki, azad olunan ərazilərdə görülən işlər hər kəsi sevindirir:
"Qarabağda 3 il ərzində çox böyük işlər görülüb. İşğaldan azad edilən topraqlarımızdakı sürətlə aparılan quruculuq tədbirlərinə görə dövlətimizə təşəkkür edirik. Bu müddət ərzində davam edən köç və məskunlaşma prosesi bizi çox sevindirir. Düşünürəm ki, bura aid olan bütün sakinlər Qarabağa köçməlidir. Çünki orada bir-birindən gözəl binalar tikilir, yollar çəkilir, infransturuktur qurulur. İnsanların məskunlaşması, həyatını orada davam etdirməsi üçün bütün lazımi işlər görülməkdə davam edir.
Qarabağ dünyanın cənnətidir. Mən orada doğulub, səs qazanmışam. Həmin torpaqlara gedəndə yenidən güc qazanıram. Hər dəfə Yevlaxdan o yana keçəndə deyirəm ki, səsim daha gurlaşır. Tələbəlik dövrümdən Bakıya gəlmişəm. Hazırda işimlə bağlı olaraq burada yaşamaq məcburiyyətindəyəm. Ancaq Qarabağda muğam mərkəzləri, konservatoriya binası, mədəniyyət sahəsi ilə bağlı müxtəlif qurumlar yaradılacaq. İşimlə bağlı Qarabağda fəaliyyət göstərə bilsəm, sevə-sevə öz yurduma köç edib, yaşamaq istəyərəm".
Xalq artisti Aygün Bayramova da bu yerlərə qayıtmağın həsrətində olduğunu vurğulayıb:
"Mən o torpaqda doğulmuşam. Biz illərlə bu yerlərin həsrətin çəkmişik. Hər an Qarabağa qayıtmağı, öz el-obamıza qovuşmağı arzulamışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu günləri yaşamağımızı onlara borcluyuq.
Azad edilən ərazilərdə görülən quruculuq işləri, Laçına, Füzuliyə, Zəngilana qayıdan sakinlər məni çox sevindirir. Artıq o torpaqlar azaddır, insanlarımız Qarabağda yaşamağa başlayıb. Əlbəttə, bir qarabağlı kimi mən də öz yurduma, Ağdamıma köçüb, məskunlaşmaq istəyərəm. Ağdama köçün başlamağını böyük bir səbrsizliklə gözləyirəm. Doğrudur, ora getmişəm. Amma Ağdamda yaşamağın, həyatımızın qalan hissəsini doğma el-obamızda davam etdirməyin yeri bir başqadır".
Əməkdar artist İlkin Əhmədov da Qarabağa qayıtmaq istədiyini açıqlayıb:
"Əlbəttə, öz yurduma qayıdıb, orada yaşamaq istəyərəm. Kim öz torpağına, elinə, yurd-yuvasına qayıtmaq, orada məskunlaşmaq istəməz? Mən də hər kəs kimi doğma torpağım olan Cəbrayıla qovuşmaq, orada məskunlaşmaq arzusundayam. Bu anları bizə yaşadan dövlətimizə, şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm".
Əslən Cəbrayılın Soltanlı kəndindən olan tanınmış jurnalist Seymur Verdizadə də doğma yurda qayıtmaq arzusu ilə yaşayır. Bu gün anadan olduğu Soltanlı kəndinin təməlinin qoyulduğunu bildirən yazar tezliklə Cəbrayıla qayıdacağına ümid etdiyini deyib:
"Kəndimiz Macarıstanın tikinti sektorunda ciddi nüfuz və təcrübə sahibi olan aparıcı şirkətlərin biri tərəfindən inşa olunur. Çox güman ki, 1-2 ilə tikinti işləri tamamilə yekunlaşacaq və insanlar ata-baba yurdlarına dönəcəklər. Doğma kənddə yaşamaq, işləmək ən böyük arzumdur. Hesab edirəm ki, müvafiq dövlət qurumları insanların məşğulluğu ilə bağlı məsələni diqqətdə saxlayacaq, Qarabağa qayıdan insanların öz ata-baba yurdlarında azad, xoşbəxt, firavan yaşamaları üçün təxirəsalınmaz tədbirlər görəcək. Əsas odur ki, indi biz Qarabağa bir nəfəs qədər yaxınıq. Uca Alalh bu xoşbəxtliyi bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canı sağlığı versin. Dövlətimiz var olsun!"
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
"50 manat maaş alırdım, onu da yola verirdim" - (Video)
-
Rəqsanə görünüşünü dəyişdirdi - (Foto-Video)
XƏBƏR LENTİ
-
Dərzilərin ütüsüz geyimləri "ülgüc" kimi düz etmə üsulu
-
Su və kefiri unudun: Qaraciyəri təmizləyən sağlam içki bəlli oldu
-
Yuxuda qapının açılmaması nə deməkdir?
-
“Miss Turkey 2022”nin toyunda 34 nəfər nikah şahidi oldu - (Foto)
-
"Dinamo Kiyev" Bakıya ciddi itki ilə gəlir
-
Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
-
Bir neçə kənd işıqsız qalacaq
-
71 yaşında 33 yaş kiçik xanımla evləndi (Foto)
-
Ronaldo evləndi - Nikahdan ilk fotonu özü paylaşdı
-
Azərbaycan, ABŞ və Ermənistan arasında Vaşinqtonda üçtərəfli görüş keçirilib - XİN
-
Çempionlar Liqası: "Sabah"ın rəqibi bilindi
-
Burak və Fahriyənin bir bölümdən qazanacağı qonorar bəlli oldu
-
Günün qoroskopu: Görünüşünüzdə dəyişiklik etmək istəsəniz, vaxtıdır
-
Təbriz səmasında qeyri-adi işıq görünür - (Video)
-
Bakını 3 rayonunda qaz kəsiləcək
-
Bred Pitt 7 il sonra yenidən spirtli içki içdi
-
Vlahoviç "Beşiktaş"da
-
İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində Mehriban Əliyeva ilə Naxçıvana səfərindən görüntülər paylaşılıb (Video)
-
Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir
-
Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur
-
Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır
-
Prezident: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik





