Şou-biznes

Xumar Qədimova bu mahnısı ilə trendləri alt-üst etdi

7 Noyabr 2023 22:20
Baxış: 5 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Xumar Qədimovanın illər öncə səsləndirdiyi "Dilbərim" mahnısı eyni vaxtda 7 fərqli yutub kanalında trendə düşüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Qədimovanın bənzərsiz repertuarında yer alan mahnıya öncə TikTok-da yüzlərlə video çəkilib, sonradan yutubda aktuallaşıb. Mahnının müxtəlif remiks versiyaları sənətkarın şəxsi səhifəsi ilə yanaşı, 6 əlavə kanalda yer alıb.

Mahnı hazırda yutubda 2-ci, 5-ci, 10-cu, 12-ci, 27, 28, 29-cu yerlərdədir.

Qeyd edək ki, bu, Azərbaycan musiqi tarixində bir ilkdir.

Bundan əlavə, Xumar Qədimova yeni TikTok hesabı açandan sonra onun repertuarında olan hitləri TikTok trendlərini alt-üst edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.